"Unudulmayanlar" layihəsinin növbəti tədbiri keçiriləcək

Hit: 477
"Unudulmayanlar" layihəsinin növbəti tədbiri keçiriləcək
Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti tədbiri keçiriləcək
 
Dekabrın 14-də BMM-nin “Unudulmayanlar” layihəsi çərçivəsində Xalq artisti, xanəndə Qədir Rüstəmovun xatirəsi yad ediləcək.
Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Xanəndənin ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.
 
BMM-nin “Unudulmayanlar” layihəsi ənənəsinə uyğun olaraq bu dəfə də xatirələrdə yaşayan xanəndənin ömür və yaradıcılıq yoluna nəzər salacaq.
Qeyd edək ki, BMM-nin "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır.
 
Biletləri iTicket.az və şəhərin bütün kassalarından əldə etmək mümkündür. Ərtaflı məlumat üçün BMM-nin Facebbok və İnstagram səhifələrini izləyin. Informasiya dəstəyi  Mədəniyyət  kanalı və Asan radiodur.








Redaktorun seçimi