AZƏR ABDULLANIN “QƏMƏRLİYƏ GEDƏN QATAR” HEKAYƏSİ - TƏƏSÜRAT

Hit: 1420
AZƏR ABDULLANIN “QƏMƏRLİYƏ GEDƏN QATAR” HEKAYƏSİ - TƏƏSÜRAT

Qəmərliyə gedən Qatar” haqqında baxıram çox yazılıb və əsas mahiyyət də açıqlanıb.

Yazıçı yəqin ki, (yəqin ki, yox! elə belədir, məncə) erməni xislətini, əxlaqını, mənliyini, kişiliyinin alçaqlığını ortaya qoymaq istəyir və yüksək ustalıqla da təsvir edir. Bu öz yerində.

Mənim təəssüratlarım…

Onu deyim ki, çox böyük həyacan və ürək döyüntüsü ilə başa çatdırdım. Çünki hər an onlardan hər hansı bir alçaqlıqla raslaşacağım qorxusu məni tərk etmədi. Bu baxımdan qoca, uşaq və qadın üçün həyacan keçirtdim.

Lakin mən istəmirəm kişilərimizin bu cür acizliyin görüm. İstəmirəm!

Bəlkə bu mənim qadın olaraq, eyni zamanda Azərbaycan kişisini bu cürə qəbul edə bilmədiyim anlamındadır. Aydın məsələdir qızını, qadınını düşünərək edir.

Çox istərdim heç olmasa Naxçıvanda onun birini salıb yerə, ölüncə çırpardı…

Anlayıram mahiyyəti… Sadəcə zəif, yazıq olmaq istəmirəm.

Qocanı necə gözəl, olduğu kimi, yaradıb… Elə bil tanıdığım, gördüyüm insandan yazıb.

Təsəvvür edirsən həyacanımın içində necə güldüm!..

-Baba yadındamı bir il soğan yığırdıq. Bir gözəl müəllimə də vardı…

Qəmərliyə qaçırtdılar…

Qəbul edə bilməsəm də… Bu nədir? Həyat həqiqətləri.

Yazıçı soğanı, soğan topalarını gündəmdə saxladıqca öz- özümə sual verirdim ki, soğanın bu məsələyə nə dəxli. Axırıncı cümlə: “Qəmərliyə qaçırtdılar”- deməsi məsələyə aydınlıq gətirir.

Ya qismət! Bir də buralardan keçəm, ya keçməyəm…

(“duzsuz iş”, “duzsuz söz”, “ kövşən” ən çox eşitdiyim sözlər)

Bilmirəm yazıçı bu məsələni müsbət mənada verib, ya mənfi.

Mən isə heç vaxt buna  müsbət baxa bilməmişəm, bilmərəm də!…

TAHİRƏ BƏDƏLOVA

 

 









Redaktorun seçimi