Mədəniyyət Nazirliyi Afaq Bəşirqızı ilə razılaşmadı

Hit: 676
Mədəniyyət Nazirliyi Afaq Bəşirqızı ilə razılaşmadı

İTV-nin efirində yayımlanan 3D proqramının budəfəki qonağı Xalq artisti Afaq Bəşirqızı olub.

Modern.az xəbər verir ki, Afaq Bəşirqızı aparıcı Dadaş Dadaşlinskiylə müsahibəsində bəzi məmurların Prezidentin sərəncamlarından sui-istifadə etdiyini vurğulayıb.

O, bildirib ki, Prezident sərəncamı ilə film çəkilişlərinə 5 milyon manat vəsait ayrılıb, lakin müsabiqə zamanı təqdim etdiyi 2 filminin heç biri qəbul edilməyib.

Bundan əlavə, Afaq Bəşirqızı Prezident sərəncamı ilə aktyorların əməkhaqqının artırıldığını, lakin bəzi məmurların artırılan vəsaiti mənimsədiyini bildirib:

“Cənab Prezidentin verdiyi sərəncamlardan sui-istifadə edən məmurlar var, çox təəssüflər olsun ki, mart ayından bu yana verilən sərəncamlardan da yenə sui-istifadələr oldu. Yəni o faiz söhbətlərində yenə də həddən artıq qeyri-qanuni işlər görüldü. Mənə elə gəlir ki, hələ biz məmurlara bunları tərgidə bilməyəcəyik. Çox təəssüflər olsun”.

Məsələ ilə bağlı Modern.az-ın əməkdaşı Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovla əlaqə saxlayıb. Onun deyilənlərə reaksiyası belə olub:

“Afaq xanımın filmlə bağlı fikirləri barədə bildirmək istəyirəm ki, ssenari üçün müsabiqə elan edilib və nəticələr də açıqlanıb.  Kimsə razı ola bilər, kimsə narazı. Çəkilən filmlərin də hər biri ictimaiyyətə təqdim olunacaq. Afaq xanım görkəmli sənətkardır, öz fikirlərini bildirib. Mən ona qarşı heç bir söz deyə bilmərəm”.









Redaktorun seçimi