YUĞ Teatrı yeni mövsümə premyera ilə başlayır

Hit: 734
YUĞ Teatrı yeni mövsümə premyera ilə başlayır

YUĞ Dövlət Teatrı yeni mövsümü sentyabr ayının 28-də saat 20.00-da bolqar rejissor Xristo Stoyçevin quruluşunda hazırlanmış “Lənət” tamaşasının premyerası ilə açacaq. Rejissor V.Şekspirin “III Riçard” əsərini yeni səhnə redaksiyasında təqdim edir. Səhnələşdirmədə lənət mövzusu əsas götürülüb. “Hər bir insan doğulduğu gündən lənətlənib. Bu həyat həqiqətini anlayanda insan faciə qəhrəmanı olur”.
“Lənət” adı ilə təqdim olunan səhnə əsərində Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), aktyorlar Vüqar Hacıyev (Riçard), Zümrüd Qasımova (Kraliça Yelizaveta), Elgün Həmidov (Bekingem), Natəvan Qeybani (Hersoqinya York, Riçardın anası, Kölgə) çıxış edirlər. Tamaşanın səhnə tərtibatını bolqar rəssam Olqa Boseva verib. 
Tamaşada süjet xətti vertikal müstəvi üzərində qurulub. Vertikal müstəvi dedikdə pazl oyunu nəzərdə tutulur. Bu o deməkdir ki, hər bir səhnə özü-özülüyündə məzmuna malik olmaqla yanaşı, həm də assosiativ süjet yaradır.









Redaktorun seçimi