Qırğızıstanın Əməkdar artisti Opera və Balet Teatrında

Hit: 346
Qırğızıstanın Əməkdar artisti Opera və Balet Teatrında
Oktyabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Traviata” operası nümayiş olunacaq.
  Teatrdan AZƏRTAC-a bildirilib ki, Violetta partiyasını A.Maldıbayev adına Qırğızıstan Milli Opera və Balet Teatrının solisti, Qırğızıstanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Elnura Samarbekova ifa edəcək.
Tamaşada, həmçinin Opera və Balet Teatrının aparıcı solistləri - Əməkdar artistlər Fərid Əliyev (Alfred), Cahangir Qurbanov (Jermon), Səbinə Vahabzadə (Flora), Tural Ağasıyev (Qaston), Xalq artistləri Əli Əsgərov (Markiz d`Obinyi), Əkrəm Poladov (Doktor Qrevil), solist Nina Makarova (Anina) çıxış edəcəklər.
  Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və milli "Humay" mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

 









Redaktorun seçimi