Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçiriləcək

90 dəfə oxunub
Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçiriləcək

Oktyabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Traviata" operasının tamaşası keçiriləcək.

Teatrdan verilən məlumata görə, Opera və Balet Teatrının rəhbərliyi tamaşanın professional səviyyəsini qaldırmaq məqsədilə əsas partiyalardan biri - Violetta partiyasını ifa etmək üçün A.Maldıbayev adına Qırğızıstan Milli Opera və Balet Teatrının solisti, Qırğızıstanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Elnura Samarbekovanı dəvət edib.

Tamaşada həmçinin Opera və Balet Teatrının aparıcı solistləri - Əməkdar artistlər  Fərid Əliyev (Alfred), Cahangir Qurbanov (Jermon), Səbinə Vahabzadə (Flora), Tural Ağasıyev (Qaston), Xalq artistləri Əli Əsgərov (Markiz d`Obinyi),  Əkrəm Poladov  (Doktor Qrevil), solist Nina  Makarova (Anina) çıxış edəcəklər. 

Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və milli "Humay" mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.



Redaktorun seçimi