ROMANÇILIQ FACİƏSİ - BİZ ÖZ MƏSİHİMİZİ SƏNƏTDƏ HARADA GÖZLƏMİŞİK?

Hit: 464
ROMANÇILIQ FACİƏSİ - BİZ ÖZ MƏSİHİMİZİ SƏNƏTDƏ HARADA GÖZLƏMİŞİK?

Ey dili qafil fil faili məchul fani f....

Azərbaycan ədəbiyyatında roman janrının tələblərini ödəyən ya aşan barmaqla saylacaq bir neçə romanın dışında, qalan mətinlərin  roman adı altında ədəbiyyata  özlərini pərçimləmək cəhdləridir. Yazılar, mətnlər, nəsr nümunələri, prozaik sayıqlamalar bəs deyincədir. Ümumiyyətlə, bir az da irəli getsək, demək olar: sizcə Azərbaycanda roman janrında hər hansı bir əsər varmı? İctimai-siyasi hadisələrin müəyyən dillərdə, müəyyən qavramlar qazanması və qarşılıqlı çevrilərdə bu mənalandırma məharəti  eyni yükü daşımaz, eyni məna imkanlarına sahib olmaz. Olduğu təqdirdə,  yeni bir yanlışlıqların təməli atılacaq. Gerçəklər fərqli mədəniyyətlərdə fərqli şəkillərlə, formalarla, biçimlərlə təzahür edər. Əgər o poetik təfəkkürün estetik boyutlarıyla mədəniyyətdə özünə yer etmək istəyirsə, bu daha dəhşətlidir.

Avropanın roman janrında obraz, şəxsiyyət, personaj xəyalları olan, xəyallarıyla yaşayan və nəhayət o xəyal dünyasına doğru varan bir cəmiyyətin centilimen  caniləridir. Azərbaycanlılar  16-cı yüz ildən sonra xəyal etməyi tərkgitdilər. Müəyyən ictimai-siyası təlatümlərin qoynunda ancaq arzular baş qaldırdı onların varlığında. Arzuların ağuşunda ağı deyən, cani, qatil deyil, günahkarlıq girəvə gəzərək ilk fürsətdə  bədiigüzarlığa çevrilmişdir. Oysa xəyal etmək möhtəşəm bir sarsıntı, çalxalanma, silkələnmədir. Çünki azərbaycanlının xəyal gücü onu butaya, qayba, metafizikaya, İlahi səltənətin erişilməz sərhədlərinə doğru dartıb aparır. Ordan dönən Azərbaycanlı geriyə boş dönmür.  Geriyə dövlətlə, millətlə, mədəniyyətlə  qayıdır. Elə söhbət də, roman da burdan başlayır. Azərbaycan xalqının bütün dastançılıq təfəkkürü xəyal gücünün ürünüdür. Bizim romançılıq səriştəmizi dastana- doğru olana yaxınlaşdıran  bir az İsa Muğanna oldu hardasa. Bizlər xəyallar dünyasına xəyanət etdiyimizdən mədəniyyət cənnətlərindən arzular bataqlığına qovulmuş qövmün yazarlarıyıq.

Azərbaycanda, bu torpaqların üzərində  kilsələr necə meydana çıxıb, bu günə kimi xərabəliklərini sürdürübsə,  dram janrı da ədəbiyyatımızda eyni aqibəti yaşayıb. Dram  ədəbiyyatımızın  ərazilərində xərabələri qalmış, bayquşların bayqın ulartısına bayqınlıq keçirdiyimiz kədər, faciə qalıqlarımızdır. Azərbaycanda kilsələr hansı missiyanı və hansı tarixi aşamanı gerçəkləşdiribsə, dram janrı da ədəbiyyatımızın içində eyni prinsiplərlə silahlanıb. Bu fikirlərim dramın pis ya yaxşı cəhətinə dəlalət etmir. Sadəcə dramaturgiyanın sənət özəlliyinə bir göndərməmdir.

Ikinci səbəb, azərbaycanlılar hələ çox qarışıq olmadıqları zamanlar zadəganlığa doğru sürətlə irəliləyirdilər. Sovet dönəmində bu qarışıqlıq həm ruhsal, həm şüursal, həm də genetik olaraq elə bir aşama qət elədi ki, elitarlığa gedən yollarımız etibarını edama sürüklədi.

Dialoqlar qurulmaqla, konfliktlər tətbiq dilib süjetlər uyğulanmaqla dramaturgiya yazmaq, yaratmaq mümkün deyil.Dramaturgiya gerçəkdən bir mədəniyyət tələb edir. Bütün janırlar mədəniyyətə xidmət edir. Tək ədəbi janırdı ki, mədəniyyət hər mənada onun qulluğunda durmalı, onun donoruna çevrilməyi bacarmalıdır. (Çünki meydan və canlı hərəkətlər, danışıqlar, stuasiyalar tamaşaçıların diqqətinin təhlükəsizliyi sayəsində ictimai-siyasi-sossial tənhalığı sorğulayır həm də.)

 Azərbaycanda dramaturgiya nə vaxt yoxluğa çəkilməyə başlayıbsa, o dönəmləri bizim mədəniyyət mehrabımızın elitar şkalsına biganə qalmağından danışa bilərik.

Dramaturgiya elitar zövqün, zadəgan şüurun, ağayana hərəkətlərin təzahürü fonunda partlayışa gedir. Azərbaycanlıların elitar kəsiminin  kimliyi, şəkli və şəması, təssüflər olsun ki, xristian, kilsə, incil imicindən doğan əlamətdir.  Azərbaycan insanının zəngin təbəqəsində bir xristianlıq, kasıb kəsimində müsəlmanlıq cizgiləri hökm sürməyindədir. Belə çıxır ki, bir tərəfdə zadəganlar, bir tərəfədə kasıblar, yəni mədəniyyət daşıyıcıları və vəhşilik, barbarlıq etalonuna çevrilmiş kəsimin milli mərdanəliyi öz Məsihini gözləyir? Buradan çıxan o ki, bizim dramımız hələ də yazılmayıb. Çünki, biz həmişə cəmiyyətə  kasıbların və zənginlərin konfliktini ötürmüşük. Zadəganların, elitarların və vəhşilırin, barbarların bir-birinə olan adabtasiyası müstəvisində  mədəniyyətə sirayətini unutmuşuq. Bu bizə nə verərdi desəniz, mən də deyirəm ki, bir ədəbi janır olaraq, dramaturgiya  bu qarşıdurmanın sonucu zaman  – zaman tərəflərin yerdəyişməsi nəticəsində (balans yaratma) etnosun birgəyaşayış dözümlülülüyünü yoxlama instiktinə  sirayət edərdi.

Xanəmir Telmanoğlu

 

 









Redaktorun seçimi