Azərbaycan Üzeyir Musiqi gününü qeyd edir

Hit: 415
Azərbaycan Üzeyir Musiqi gününü qeyd edir

Hər il sentyabrın 18-i Azərbaycanda Üzeyir Musiqi günü kimi qeyd edilir. 1995-ci ildən 18 sentyabr tarixi – dahi sənətkar Üzeyir Hacıbəylinin doğum gün belə bir rəsmi status alıb.

Faktor.az xəbər verir ki, 1995-ci ildən mərhum dövlət başçısı Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr Üzeyir Musiqi günü kimi qeyd olunur.

Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr  Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib.

Dahi bəstəkar Azərbaycan Dövlət Himninin müəllifidir. Bu gün Azərbaycan bayrağı, məhz həmin himnin sədaları altında dünyanın ən mötəbər salonlarında ucalır, həmçinin, tədbirlərimiz bu himnin sədaları altında başlayır. Belə bir zəngin irsin müəllifinə çevrilən Üzeyir Hacıbəylini doğum günü Azərbaycanda milli musiqi günü keçirilir.

Milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyliyə borcludur.

Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Mayestro Niyazi qoyubr. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Ənənəvi olaraq bu günü Azərbaycan Dövlət Konservatoriyasının (indiki - Bakı Musiqi Akademiyası) önündə minlərlə insan toplaşırdı. Burada Üzeyir Hacıbəylinin adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyində bəstəkarın əsərlərini ifa edərdi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də Bakıda yaşanan siyasi böhranla əlaqədar bu ənənə bir müddət unuduldu.

Sonralar yenidən bərpa olundu…









Redaktorun seçimi