Yəhudi şairi Raxelin şeirlər kitabının təqdimat mərasimi keçirilib

Hit: 424
Yəhudi şairi Raxelin şeirlər kitabının təqdimat mərasimi keçirilib

<div class="wpb_wrapper wpb_text_column td_block_wrap td_block_wrap vc_column_text td_uid_3_5d7b90185110e_rand td-pb-border-top td_block_template_1" data-td-block-uid="td_uid_3_5d7b90185110e" "="" style="box-sizing: border-box; border-top-width: 0px; font-size: 14px; line-height: 24px; padding-top: 20px; margin: 0px 19px 0px 20px; position: relative; clear: both; border-right-color: rgb(230, 230, 230); border-bottom-color: rgb(230, 230, 230); border-left-color: rgb(230, 230, 230); caret-color: rgb(68, 68, 68); color: rgb(68, 68, 68); font-family: Tahoma, Verdana, Geneva;">

Müasir İncəsənət Muzeyində tanınmış yəhudi şairəsi Raxelin şeirlər kitabının təqdimat mərasimi keçirilib.

 Şairənin şeirlər kitabı ibri dilindən Azərbaycan dilinə tərcümə olunub. Təqdimatın açılışı İsrailin Missiya Rəhbərinin müavini Avital Rosenberg tərəfindən olub.

Poetik axşamda Raxelin ibri və Azərbaycan dillərində bir neçə əsəri oxunub. Şeirlər tərcüməçi Vaqif Rəsuloğlu, Dağ Yəhudilər İcmasının rəhbəri Melix Yevdayev, səfir Stavın xanımı Gili Stav, İsrail səfirliyinin konsulu Orli Dafna Sona, ADA universitetinin müəllimi Şəfəq Mehrəliyeva, Dillər Universiteti və Bakı Dövlət Universitetinin tələbələri tərəfindən oxunub.

Tədbirdə Azərbaycan Dillər Universitetindən İsrail və Yaxın Şərq mərkəzinin baş mütəxəssisi Emiliya Xudiyeva, mütəxəssisi Səfərova Günay, Regionşünaslıq kafedrasının müəllimləri Feyziyeva Günay və Həmidə Cəfərova da iştirak ediblər.

ADU-nun İsrailşünaslıq ixtisasının IV kurs tələbəsi Gülər Tağıyeva da Raxelin “Mənim torpağıma” şeirini həm ibri, həm də Azərbaycan dilində səsləndirib.

Qonaqlar Yekaterina İsayeva və Rəfiqə Quluzadənin ifasında Raxelin şeirləri əsasında yazılan mahnılar dinləyiblər. Tədbir İsrailin Bakıdakı səfirliyi tərəfindən “United Cultures”in dəstəyi ilə təşkil olunub.

 









Redaktorun seçimi