"Fəxrəddin Manafovu səhnədə görə biləcəyimizə əminəm" - Nazir

Hit: 408
"Fəxrəddin Manafovu səhnədə görə biləcəyimizə əminəm" - Nazir

"Xalq artisti Fəxrəddin Manafovu yeni teatr mövsümündə səhnədə görə biləcəyimizə əminəm".

Publika.az xəbər verir ki, xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, F.Manafovun tamaşası repertuardan çıxarılmayıb və teatr onun irəli sürdüyü şərtlərini yerinə yetirməyə hazırdır.

Ə.Qarayev onu da əlavə edib ki, teatr mövsümünün açılışı yeni bərpa olunan Şuşa Teatrında baş tutacaq. Teatrın açılışı sentyabrın 17-də baş tutacaq.









Redaktorun seçimi