Bütün teatrlara birdəfəlik maddi yardım göstərildi - NAZİR

Hit: 313
Bütün teatrlara birdəfəlik maddi yardım göstərildi - NAZİR

Həm teatr, həm də konsert müəssisələri mövsümü açır. Yay mövsümündə onlar yeni işlər hazırlayıblar.

Faktor.az Report-a istinadən  xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bütün müəssisələrə yeni dövlət sifarişləri verilib: "Bütün teatrlara birdəfəlik maddi yardım göstərilib. Bir sıra köhnə teatrlar bərpa olunub, proses davamlı şəkildə aparılır. Bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcək".

Nazir qeyd edib ki, Üzeyir Hacıbəyli adına beynəlxalq festivalda bu il Rusiya, Çin və Avstriyadan qonaqlar olacaq:

"Bu il həmçinin bir sıra vacib tədbirlər həyata keçiriləcək".









Redaktorun seçimi