Azərbaycanda yeni qorxu filmi çəkilib - VİDEO

Hit: 1578
Azərbaycanda yeni qorxu filmi çəkilib - VİDEO

Azərbaycanda yeni qorxu filmi çəkilib.

Faktor.az xəbər verir ki, “Adam” adlanan film “Alioglu Media Group” tərəfindən istehsal olunub.

Filmdə balaca Aişənin yaşına uyğun olmayan kitabı oxuyaraq düşdüyü vəziyyət və ailədə psixi travma almış “Adam”la qarşılaşdıqda başına gələn hadisələrdən bəhs olunur.

Film qorxu və psixotriller janrında çəkilib. Filmin çəkilişləri 2018-ci ilin noyabr ayında başlayıb. Film Gədəbəy, Tovuz, Qovlar, İsmayıllı və Bakı şəhərində çəkilib. Filmin ssenari müəllifləri Amil Alioğlu, Sadiq Nasirovdur.

Filmdə Amil Alioğlu, Mehriban Quliyeva, Rəşad Səfərov, Zülfiyyə Məmmədova, Arzu Abdulova, Murad Abdullayev, Elvina Atakişiyeva, Elvin Ağayev, Lena Xosrovova, Xanım Sadıqova, Rəvan İbrahimov, Səma İbrahimova, Məhəmmədəli Aslanov, Rəsul Hümbətov, Gülnar Məmmədova, İbrahim Əbilov və başqaları çəkiliblər.

 

 









Redaktorun seçimi