“YUĞ”da “Vəsvəsə” olacaq

31 dəfə oxunub
“YUĞ”da “Vəsvəsə” olacaq
  Sentyabrın 29-da "YUĞ” Dövlət Teatrında H.İbsenin "Vahimə” pyesi əsasında səhnələşdirilən "Vəsvəsə” tamaşası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, birbölümlü səhnə əsərinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı isə Əməkdar rəssam Rəşid Şərifdir.
  Səhnə əsərində rolları teatrın aktyorları Mətanət Abbaslı, Zümrüd Qasımova, Amid Qasımov, Elxan Abbasov, Vüqar Hacıyev, Oqtay Mehdiyev, Elgün Həmidov, Ləman Mərrih və Günel Səfərova ifa edəcək.

 



Redaktorun seçimi