ƏSA Teatrı 3 yaşında - VİDEO

Hit: 514
ƏSA Teatrı 3 yaşında - VİDEO

Bu gün ƏSA Teatrının yaranmasının 3 ili tamam olur.

Faktor.az xəbər verir ki, 3 sentyabr 2016-cı ildə ölkəmizin incəsənətində yeni bir səhifə açıldı. 

ƏSA Teatrının yaranmasıyla inklüziv incəsənətin əsası qoyuldu. İnklüziv ƏSA Teatrı 3 il ərzində 5 tamaşa , 2 performans hazırlayıb. 

Naxçıvan MR-na və Lənkəran şəhərinə qastrol səfəri edib, 

ABŞ-da keçirilən nüfuzlu proqramda Azərbaycanı təmsil edib. 

Akademik Opera və Balet Teatrı, Akademik Musiqili Teatrı, Akademik Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Teatr Xadimləri İttifaqı və Xəzər Universitetinin səhnələrində tamaşalarını nümayiş etdirmişdir.

ƏSA Teatrının 2016-cı ildən bügünədək olan fəaliyyətini qısa videoçarxla sizə təqdim edirik:









Redaktorun seçimi