Şəhid olan polisim, əsgər olan Polisim - ŞEİR

Hit: 357
Şəhid olan polisim, əsgər olan Polisim - ŞEİR

Prezident təqaüdçüsü şair Hafiz Hacxalıl yazır

Prezident təqaüdçüsü şair Hafiz Hacxalıl asayişin, sabitliyin keşiyində ayıq-sayıq dayanan, cinayətkarlıqla  mübarizədə qətiyyət göstərən, gəncliyimizi və gələcəyimizi narkomaniya adlı bəladan qorumaq üçün gecəli-gündüzlü xidmət aparan Azərbaycan Polisinə həsr etdiyi "Polisim" şeirini "Avtosfer. az"a göndərib. Faktor.az "Avtosfer.az"-a istinadən həmin şeiri sizə təqdim edir.

POLİSİM

Cümhuriyyət yaşıdı, illərin yadigarı,

Sinəsi döyüşlərdə səngər olan Polisim.

Vətənin dar günündə harayına yetişən,

Şəhid olan polisim, əsgər olan Polisim.

Yolun hamar olmayıb, keçib qardan, borandan,

Hələ də qan damlayır Vətən adlı yarandan.

Neçə-neçə qəhrəman boy veribdi sırandan,

İşi, gücü, əməli hünər olan Polisim.

Gedir üzü sabaha mətin addımlar ilə,

Bu xalq ilə səs-səsə, bu xalq ilə əl-ələ.

Qarşıda qələbələr, yubileylər var hələ,

Dilində haqq kəlməsi əzbər olan Polisim.

Hafiz Hacxalıl









Redaktorun seçimi