Şəkidə “Çingiz” kinoteatrı istifadəyə verilib

Hit: 296
Şəkidə “Çingiz” kinoteatrı istifadəyə verilib
Milli Qəhrəman, şəhid jurnalist Çingiz Mustafayevin adını daşıyan kinoteatr istifadəyə verilib.
 20 ildən artıq müddətdə fəaliyyət göstərən kinoteatrın binası əsaslı təmirdən sonra Çingiz Mustafayevin doğum günündə yenidən tamaşaçıların ixtiyarına verilib.
 
Kinoteatrın açılış mərasimində ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, xalq artistləri Cənnət Səlimova, Oqtay Mirqasımov, əməkdar incəsənət xadimi Ayaz Salayev, Şəki və ətraf rayonlardan olan mədəniyyət xadimləri, yerli ictimaiyyyətin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
 
Qeyd edək ki, istifadəyə verilən “Çingiz” kinoteatrı iki zaldan – VİP salon və 104 tamaşaçı sayı olan böyük zaldan ibarətdir. “Çingiz” kinoteatrında tamaşaçılar filmləri ən yüksək dublyaj və səs effektləri, keyfiyyətli görüntü ilə izləyə biləcəklər. “Çingiz”də kinoteatrdan başqa, rəsm qalereyası, muzey və müxtəlif dərnəklər də fəaliyyət göstərəcək.
 
 
 








Redaktorun seçimi