Rusiyanın Əməkdar artisti vəfat etdi

Hit: 469
Rusiyanın Əməkdar artisti vəfat etdi

Rusiya Federasiyasının Əməkdar artisti Lüdmila Maltseva dünyasını dəyişib. Bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı məlumat verib.

Mərhum ömrünün 70-ci baharında həyatdan köçüb.  

“Lüdmila Vasilyevna həmişəlik bizim üçün istedad, qadın gözəlliyi, cazibədarlıq, yaxşılıq nümunəsi kimi qalacaq”, - ittifaqın saytındakı məlumatda yazılıb.   

Qeyd edək ki, L. Maltseva peşəkar karyerasına 1978-ci ildə başlayıb. Aktrisanın filmoqrafiyasına 20-ə yaxın film və serial daxildir.









Redaktorun seçimi