Mənəviyyat virusu yetişdirən Vatikan

Hit: 583
Mənəviyyat virusu yetişdirən Vatikan

ey dili qafil fil faili məchul fani f...

bu yəhərli-yüyənli yerlərə əzəl başdan gül soldurmağa gəlib gedənlər lap çox olub. əvvəlcə mələklər gəlib gediblər. Sonra peyğəmbərlərin fikirləri, orduları gəlib gedib. sonra fatehlər, cahangirlər gəlib gedib. mədəniyyətlər, sistemlər gəlib gediblər. mələklər bu yerlərə işıq, nur, bərəkət, bir də doğmalıq qoyub gedib. peyğəmbərlər dinlərini gətiriblər. fatehlər, cahangirlər qan, qada, ölüm, əsarət qoyub gediblər.

bir gün isə gecələr sısqa ulduzların utanqac işığına da uduzan uzaq diyarlardan bu yerlərə sərinlik təşnəsini arayan səyyahlar da ayaq açmağa, tacirlər üz tutmağa başlayır. onların özləriylə hansı hidrogenləşən hiylələrini gətirdiklərini bilmirəm, ancaq gəirib geri dönəndə səhifələr dolu, kitablar daşıran çox səhərlərimizi, ağıllara müşk-ənbər qoxudan axşamlarımızı da aparıblar. o şeylərimizi ki, bir zamanlar kitablarımız gedən tora düşən bu torpaqlara gələn mələklərdən, peyqəmbər ordularından, fatehlərdən qalma izlərin ruhumuzda oluşdurduğu ecazkarlığını əlifba, söz, rəsm, kitab, bərəkət şəklində götürüb aparbılar. bizdə isə bu abidələrimizin milli qədərimizə ağuşunu açan ədəbinə heç bir izi-tozu qalmadı. Kitablarımızı oxumağa, əlyazmlarımızın üzünü köçürməyə, xalçalarımızın aləmləri varlığımızda oyaq saxlayan, diri tutan min bir çeşnisini çözməyə götürüb getdilər .

bunlar isə əlimizdə silah olsa da, tərkisilah vəziyyətindəki bizim kahinlərə daş çıxardan kitablarımız idi. bu kitablar isə Tanrıdan pay olaraq göndərilmiş bərimiz-bərəkətimiz sayılırdı. bu yelpiklənməyə başlayan yurtdan əvvəlcə yadellilər bərkimiş bərəkətimizi kəşf edib oğurladılar. bizim yerlərimizin gücü, qüvvəsi də bu bərəkətlərdə qalmışdı. elə ki, bu yerlərin bərəkətini alıb aparır, oğurlayırlar, o gündən sonra batini məğlubiyyətimiz, daxili yenikliyimiz başalyır. o abidələr bu ərazilərdə bir millətin həmişə tətiyi çəkilmiş talismanıydı. mənəvi gücü, planetlərötəsi imkanlarıydı. günlərin bir günü bu bərəkət, bu kitablar, yazılar fitnə-fəsad fədakarlığını əzəldən sahiblənmiş vatikanda, dərilər üzərindəki yazılarımızı, kitablarımızı bilgisayarlara köçürən drezdendə üzə çıxdı. yenə vatikanların, drezdenlərin qalın divarları arasından kitabi dədə qorqud dastanları, tarixi əlyazmalarımız, minyətür sənət nümunələrimiz, təbriz, şirvan xalılarımız, onların çeşniləri, ilmələri, naxışları tapıldı. ancaq dastanlarımız, xalılarımız, minyətürlərimiz, əlyazmalarımız olan bərəkətimiz kimi, başqa bərəkətlərimiz də vardı. içərişəhər, qızqalası...görəsən vatikanlardan, drezdenlərdən gələnlər kitablarımız, yazılarımız, xalçalarımız kimi bu qızqalasını niyə götürüb özləriylə aparmayıblar. yaxşı ki qız qalası daş-divar şəklində zühur eləmişdi.yoxsa bu torpaqların olan-qalan bərəkətinidə o qız qalasıyla kitabi dədə qorqud dastanları, tarixi əlyazmalarımız, minyətür sənət nümunələrimiz, təbriz, şirvan xalılarımız, onların çeşniləri, ilmələri, naxışlarını da götürüb gedərdilər. görünür kitablarımız, yazılarımız gəlmələrin oğurluq əxlaqlarına sığışdı, oğru əməllərini doğrulda bildi.ancaq qızqalası, kitablarımızın və əlyazmalarımızın uğursuz təcrübəsindən, başlarına açılanlardan məharətlə yararlana bildiyindən gəlmələrin niyyətlərini gözündə qoydu .

hələ mən azıx mağarasının, əlincə, gələrsən görərsən qalalarını, şəki xan sarayını, qobustan qayaüstü abidələrimizi demirəm. bütün mədəniyyətlərə siyastlərin at oynatdığı bir sual vermək istəyirəm: niyə bizim məzlum muzeylərdə və axtalanmış arxivlərimizdə, saxlanc yerlərimizdə digər xalqların keçmişini, kimliyini üzə çıxardacaq heç bir abidəsi, çöpü yoxdur? çünki Azərbaycan xalqı oğru xalq deyil. uzaq diyarlardan azalmış Azərbaycana üz tutan yaxası açıq yadelli xalqın yazılarındakı cümlələri nidadan əskiltməyən nümayəndələri bizi soyub talamaqla uğraşdılar. bu torpaqlardan hələ də bərkiməmiş bərəkətimizi çəkib aparanlar ona görə misilsiz məqsədlərinə nail ola bilmirlər ki, onlar öz xalqını, millətinə və mərhəmətsizliyi gizli himayə edən mədəniyyətinə oğru statusu verirlər. oğurluqda xətərsiz xeyir, oğuruqda bərkimiş bərəkət olmur, qafil! yadellilər tarixin hiyləgər vassallığında saxlayan vaxtlarına qəanət etmək istəyirdi. daha min illər gəirərək, gizlənərək, gicəllənərək gözləməyə içlərin sibir səhrasına ofsun ələyən səbri çatmır, bir millətin min illlik meraca odaklanmış mədəniyyyət ruhunu, göylərdən niyaz edilən kültür təcrübəsini, şəhadət özgürlüyünü təfəkkürüylə həll edən kimlk ağırlığını bir gündə, bir ayda yığıb aydınlığı, demokratiyanı şərlə əvəzləyən avropalara aparırdılar. mənəviyyat virusu yetişdirən vatikanın, kitab və əlyazmaların, özgürlüklərin qəbristanlığı drezdenin qapılarından əlidolu içəri girəndə, Azərbaycandan qayıdarkən gətirdikləri hər çöpdə bir xalqın metafizik gücünü, aləmlərlə həm hal olan ruhunu görürdülər.

tarixin qılını qırx yaran qız qalası abidəsi vatikan və drezden əsarəti yaşamış dədə qorqud dastanlarının bir zamanlar düşüdüyü durumu görüb bəlkə də ən şah dastandan, ən şah dilin qatından, ən dərin inancdan belə bir yapıya, görüntüyüə, daş qalaya çevrilmişdi. dədə qorqud dastanlarının hər iki variantı vatikandan və drezdendən tapıldığı, qayıtdığı gün, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının əsarətdən qurtulub özgürlüyə qovuşduğu gündür.

Xanəmir Telmanoğlu

 









Redaktorun seçimi