NƏSİMİNİN YARADICILIQ FƏLSƏFƏSİNDƏKİ QARABAĞ VƏ AZƏRBAYCAN

Hit: 475
NƏSİMİNİN YARADICILIQ FƏLSƏFƏSİNDƏKİ QARABAĞ VƏ AZƏRBAYCAN

Ey dili qafil, fil faili məchul fani f....

Hürufiliklə Azərbaycan düşünürlərinin  poetik tanışlığı, Nəsimi yaradıcılığı ilə başlayır. Bu yazıya belə bir cümləylə başlamaq istərdim: Azərbaycan dövlətinin əsl doğuluş qaynağı Nəsimidir.

Bəlkə də, bir az anlaşılmaz səslənə bilərdi. Biz bəzən əsl həqiqətlərimizin qaynağını və kökünü gedib başqa yerdə, uzaq və yaxın bildiyimiz saxtalığı tarım kəsilmiş  tarixlərdə  axtarırıq. İnsanın “gedib padışahlığa, şahlığa, xanlığa dayanan” şəcərəsi də belədir. İnsanın  şərqli şəcərəsi də (yanlış eşitmədiniz) ideolojilərin, ideyaların, dinlərin, fikirlərin qaynağı kimidir. Yanlış yerdə arayıb yanlış bir şahlığa, xanlığa dirənən  şəcərə bularsan. Doğru yerdə arayıb, doğru olan bir şəcərə taparsan. Eynən əsl ana və atasının kim olduğunu bilməyən alınma, götürülmə uşaqların taleyində, həyatında olduğu kimi. Azərbaycan demokratik dövlətinin ideoloji qaynağında Nəsiminin olması bir az da şaşırdıcı gəlir adama.

Hürufiliyin  özəyində Allaha gedən yolun mahiyyətindəki simvol və işarələrin fonunda ifadə tərzi durur. Hərflər hürufilik üçün qaçınılmazdır. Əlifbasız hüdudsuz hürufilik elminin ələmindən  ( tarixin dolaylarından keçmədən) danışmaq (gül solduran)  gülüncdür. Bu hüsrandan və xəsarət girdabından qurtulmuş hərflərin zaman keçdikcə gizli şəkildə iriləşən  ifadə simvolu və qaynağının İslam diniylə bağlılığı məsələnin təfsilatını daha da dərinləşdirir. Hürufilikdə rəqəmsəllik hərflərlə bir ilahi məzhəkəli  məna məsafəsini  real və qaibanə şıltaqlıqla  qət edir. Məsələn, 3, 4, 7, 9, 12  və deyək ki, 28 rəqəminin  hesabçılıqdan, sayçılıq sisteminin milli, mifik çarmıxından  çıxıb kitab, inanc dincəldən fikir, düşüncə,  ideoloji anlam qazanmasına  gətirib çıxarır. Azərbaycan Demokratik Cümhuriyyətinin 28 rəqəmiylə mükəmməl, dünyaya şayan bir gerçəkliyi, tarixiliyi  hələ də göylərə dikilmiş, göylərdən yığışılmayan  əzəldə qurulmuş aşiqanə hanası göz qabağındadır. Bəs onun ideoloji rəqəmsəlliyi bu tarixi rəqəmsəlliyi ilə üst-üstə düşürmü, yoxsa yox? 28 Mayın ezoterik mayasına təsadüf edən Azərbaycan xalqının dövlətçilik quruluşu, elə 28 rəqəmiylə də hürufilik dünyagörüşü baxımından üst-üstə düşüdüyünü isbatlayır. 14-cü əsrdə Azərbaycan ərazisinə uyğun olaraq,  böyük bir ideyanın ideologiyaya yəhərli-yüyənli  yönələn əsatir, mif qoxuyan əsintiləri hürufilik adıyla ədəbiyyatımızda, yazımızda, düşüncəmizdə taxt qurub qırım göstərərək  timsahlara göz yaşları çıxardan toxum atır. Bu hürufilik anlayışı 6 əsr boyunca Azərbaycan xalqının dünyagörüşünün müxtəlif qatlarından, süxurlarından, laylarından keçərək özünü 1918-ci il 28 Mayının ezoterik mayasına gətirib çıxara bilir. Daha doğrusu, bu sevimli tarixə dönüşünü də üzə üsyansız  çıxara bilir. Bütün bunlar nəyin göstəricisidir.

Bu barədə 100-lərlə kəhkəşanlar gəvşədən kitablar yazıb, hətta arılara belə bol bal vəd edən minlərlə arı-duru  arqumentlər gətirmək mümkün. Sadəcə olaraq, oxucular üçün məlumat xarakterli bu fikirləri səsləndirə bilərəm. Yer üzünün hər  qarışı və hər xalqı, milləti özünə, tarixinə, mələklərə əhdi-peymanı hələ də pozulmamış  mədəniyyətinə görə  müqəddəsdir, maraqlı və zəngindir. Ancaq dünyada bir neçə  xalqlar və məkanlar var ki, onlar aşiqləri  qürbət yüküylə sarmalayan  araşdırmaların göstəricisi olaraq, fərqli statusa, özəlliyə malikdir. Hürufiliyin, hürufiliyin qır qazanlarından qurtulmuş  qaynaqlarından hərflərin və rəqəmlərin ifadəsinin gedib İlahi Kitabın özəlliyinə dayanması ilə biz də deyə bilərik ki, azərbaycanlıların  varlığımızda belə tarıma çəkilmiş  tarixi əraziləri qutsal məkanda yerləşir. Azərbaycanlıların  şeytan güclərin “fərasətiylə” əridilmiş ərazisi və ən azından etibarlı etnik təfəkkürü kosmik bağlantıları sonucunda metafizik effektə, fizikötəsi işarət və nişanələrə  xitab edə bilir. 28 rəqəminin hürufilik elmi əsasına görə, hər bir ərazi də bir tam, vahid vücuddur. Azərbaycanlıların 7 rayonu qutsaldır.(Qarabağın işğal olmuş 7 rayonu)  Bu gün  şərin  böhtan bəharətinə zinət verib ziyafət sərgiləyən  bölgələr   işğal altındadır. O rayonlar həm də qutsal tutumuyla  bu gün bizə daha çox isidilmiş İlahi bir  işarəyə xitabən:- məhz, başının üzərində altını qarğa-quzğun doldurmuş  qara bulud  doya-doya dolaşıb durmaqdadır. Əgər yazsaq ki, Qarabağ Azərbaycanın ayrılmaz bir parçası olaraq Nəsiminin yaradıclığının özəyini təşkil edir, onda kimsə gülünü külə çevirib gülümsəyə bilər. Dörd müqəddəs, vazkeçilməz ünsürün də - od, su, torpaq, havanın bu yeddi bölgəyə çarpması, vurulması (reaksiyasının partlayışı olaraq-x.t.) sonucu 28 rəqəminə nail oluruq. Bu rəqəmlərin belə bir sonuc verməsi həm də Azərbaycan dövlətinin kökündə, mayasında halallığın, ədalətin, ideolojik baxımından doğru, düzgün istiqamətinin olmasına da bir işarədir.

Azərbaycan ədəbiyyatı, özəlliklə klassik  poeziyası ifadə tərzi, ehtiva elədiyi fərasət dağarcıqlı  fəlsəfi yönümə görə olduqca  zəngindir. Sadəcə bu zənginliyin gizli qaldığı həssas nöqtələri tapmaq üçün, əldə eləmək üçün çox da alim olmaq, düşünür olmaq, çoxlu kitablar oxuyub dünyanı dərk eləmək lazım deyil. Nəsiminin soyulmuş yaradıcılığında öz əksini  tapmış, poetik detallarla  əhatə olunmuş hürufilik adı altında tanış olduğumuz bu metafizik, dini- fəlsəfi cərəyan  6 əsr əvvəldən  şəritdən qaçan şüurumuza  təsir etməyinə baxmayaraq,  tarixin müəyyən dönəmlərində fərqli boyut və ifadə şəklində qarşımıza çıxır, qarımış, əldən düşmüş qaranlıqlarımızı bəzən xəbərimiz olmadan da aydınladır. İndi min il bundan qabaq  mübahisə yaradan bir fələklərlə oynaqlayan fıkir də ortaya çıxır. Hər hansı bir dəyərə sahib olan  xalqın qurtuluşu naminə getdiyi yolda əsas olan onun davamlı hərəkət etməsidirmi, yoxsa, onu hərəkətə keçirən fikir, düşüncə, ideya, ideologiyadır? İnsanı  həqəqətə duasıyla uladıb ulaşdıran, o həqiqəti əhatə edən ideyalardırmı, yoxsa insanın atdığı təbii addımlardır,  rastlantısal bir ecazla göstərdiyi fəaliyyətlərdir? Bu anlamda,  yazıdakı 28 rəqəminin həm tarixi, həm metafizik, həm dini, həm də fələklərin faniliyini riqqətə gətirən bir  rəqəm olaraq, Azərbaycanın varlığıyla bağlı, bəşəri bir təyinatlı tutumunu da qeyd etmək istərdik.  Azərbaycan coğrafiyasının Qarabağ ərazisnin sakrallığı dışında  bütöv  etnik  mədəniyyət faktoruna təsiri və etgisi yaralayıcı, yarımmədəniyyət impudentidir.

Xanəmir Telmanoğlu

 

 

 









Redaktorun seçimi