“Arşın mal alan” nümayiş ediləcək

30 dəfə oxunub
“Arşın mal alan” nümayiş ediləcək
 Sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu teatr mövsümündə dahi bəstəkar Ü. Hacıbəylinin "Arşın mal alan” operettası ilə tamaşaçılarının görüşünə gələcək.
  AZƏRTAC xəbər verir ki, sənət ocağının repertuarında özünəməxsus yer tutan səhnə əsəri axşam saat 19.00-da teatrsevərlərin ixtiyarına veriləcək.
  Tamaşa Üzeyir Hacıbəyliyə həsr edilmiş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim ediləcək. Eyni zamanda, teatrın yaradıcı kollektivi bu mötəbər tədbirə "O olmasın, bu olsun” və böyük Hacıbəylilər nəslinin həyatından bəhs edən "Nuri-didə Ceyhun” tamaşaları ilə qatılacaq.
 



Redaktorun seçimi