Beynəlxalq Musiqi Festivalında Azərbaycan da iştirak edəcək

Hit: 179
Beynəlxalq Musiqi Festivalında Azərbaycan da iştirak edəcək
 Avqustun 26-dan 30-dək Səmərqənddə keçiriləcək "Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalında Azərbaycan da iştirak edəcək.
  AZƏRTAC xəbər verir ki, musiqi bayramına dünyanın 70-dən artıq ölkəsindən gələn 315 ifaçının qatılacağı gözlənilir.
Ölkəmizi bu festivalda gənc ifaçı Pərviz Qasımov təmsil edəcək.
  Azərbaycan müntəzəm olaraq bu nüfuzlu musiqi festivalında layiqli yerlər tutur.
  1997-ci ildə Səmərqənddə keçirilən birinci festivalda Azərbaycanın Xalq artisti Simarə İmanova Qran-Pri mükafatına layiq görülüb. XI Festivalda isə Əməkdar artist, tarzən Sahib Paşazadə Qran-Prini ikinci dəfə Azərbaycana gətirib.
  Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci,    Zabit Nəbizadə isə ikinci yerləri tutublar.

 









Redaktorun seçimi