"Mayak" filminin treyleri işıq üzü görüb

Hit: 389
"Mayak" filminin treyleri işıq üzü görüb

"A 24" kinokompaniyası Vilyam Defo və Robert Pattisonun iştirakı ilə çəkilən "Mayak" adlı kinolentin treylerini təqdim edib. Çarx kompaniyanın "Youtube" kanalında yerləşdirilib.

Faktor.az  AZƏRTAC-a istinadən bildirir ki, filmin rejissoru Robert Eqqresdir.

Ağ-qara rəngdə çəkilən bu dəhşətli film ABŞ-ın Men ştatında XIX əsrdə yaşayan iki mayak işçisinin gündəlik həyatından bəhs edir.

Xatırladaq ki, ekran əsərinin premyerası Kann kinofestivalında "Fipressi" mükafatı qazanıb.









Redaktorun seçimi