Tanınmış parodiyaçı Həsən Cəbrayılov vəfat edib

Hit: 358
Tanınmış parodiyaçı Həsən Cəbrayılov vəfat edib
 

Tanınmış parodiyaçı Həsən Cəbrayılov Bakıdakı Pirşağı qəbiristanlığında dəfn olunacaq.

Bu barədə APA-ya mərhumun dostu, musiqiçi Abbasqulu Nəcəfzadə məlumat verib. Onun sözlərinə görə, H. Cəbrayılov 4 gün əvvəl işdən evə gedən zaman yolda infarkt keçirib və təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Əməliyyatı edən həkim bildirib ki, Həsən Cəbrayılov özü də bilmədən daha əvvəl 4 dəfə mini infarkt keçirib. Mərhumun yas mərasimi yaşadığı Yasamal rayonunda keçiriləcək. 

Qeyd edək ki, mərhum «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-də (AZTV) çalışırdı.
***

 

11.00

Tanınmış parodiyaçı Həsən Cəbrayılov vəfat edib.

APA-nın xəbərinə görə, 1949-cu il təvəllüdlü H. Cəbrayılov bu gün səhər saatlarına müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Yaxınlarının APA-ya bildirdiyinə görə, 70 illik yubileyini bu yaxınlarda qeyd edən sənətçi  bir neçə gün əvvəl ürək çatışmazlığı səbəbilə xəstəxanaya aparılıb və əməliyyat olunub.

 









Redaktorun seçimi