Bilal Ərdoğan “Çöldə yaşam öyüdləri” verilişində - Gədəbəydə

Hit: 793
Bilal Ərdoğan “Çöldə yaşam öyüdləri” verilişində - Gədəbəydə

 Gədəbəy rayonunda keçirilən Milli Yaylaq Festivalına qatılan Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycanın ilk Biznes və Turizm kanalı Qafqaz TV-nın baş direktoru Eltən Qədimbəylinin aparıcısı və müəllifi olduğu məşhur “Çöldə yaşam öyüdləri” verilişinin qonağı olub.  Verilişin çəkilişi Gədəbəyin Düzyurd-Miskinli yaylağında baş tutub.

Qeyd edək ki, festival iştirakçılarının böyük marağına səbəb olan çəkiliş prosesi yüzdən çox insanın yaratdığı canlı dairəvi səddin ortasında baş tutub.

Eltən  Qədimbəylinin suallarını cavablandıran Bilal Ərdoğan milli idman növlərinin təbliğinin əhəmiyyətindən, Azərbaycanın və Türkiyənin bu sahədəki əməkdaşlıq imkanlarından, ənənəvi türk oxçuluğunun perspektivlərindən və digər məsələlərdən danışıb.

Xatırladaq ki, sonda Bilal Ərdoğan Eltən Qədimbəylinin hədiyyə etdiyi Qafqaz milli papağını məmnuniyyətlə qəbul edib və elə oradaca papağı geyinib.

Qeyd edək ki, bu Bilal Ərdoğanın Eltən Qədimbəyli ilə ilk görüşü deyil, bundan əvvəl Eltən  Qədimbəyli Bilal Ərdoğanın özəl dəvəti ilə Türkiyənin Antalya şəhərində Dünya Etnoidman Konfederasiyasının təşkilatçılığı ilə keçirilən Beynəlxalq Etnoidman Forumuna qatılıb və orada Bilal Ərdoğanla görüşmüşdü.

Xatırladaq ki, Bilal Ərdoğanın qonaq olduğu “Çöldə yaşam öyüdləri” verilişinə yaxın günlərdə Qafqaz TV-nın efirində və kanalın qafqaztv.az ünvanında yerləşən saytından izləmk mümkün olacaq.

 

 
 
 
 
 

 









Redaktorun seçimi