“Külək – Bozqurdun Sirri” təqdim olunacaq

68 dəfə oxunub
“Külək – Bozqurdun Sirri” təqdim olunacaq

26 iyul 2019-cu il tarixdə, saat 19:00-da Dövlət Bayraq Meydanı ərazisində yerləşən XX-XXI Əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində gənc yazar, ASAN Könüllülük Məktəbinin məzunu Xülya Cəfərovanın “Külək – Bozqurdun Sirri” adlı kitabının təqdimatı keçiriləcək. Kitab Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq superqəhrəmanlar mövzusuna yer verən “Külək” trilogiyasının sayca ikinci kitabıdır. Trilogiyanın ilk kitabı olan “Külək- Yel Kürəsinin Şahzadəsi” 2018-ci ilin bestselleri olmuşdu.

Tədbir ASAN Könüllülük Məktəbi, Azərbaycan Gənclər Fondu, YARAT Müasir İncəsənət Məkanı, “Məktəblinin dostu” layihəsi və “Külək” layihəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.



Redaktorun seçimi