ƏSA Teatrı Lənkəranda böyük diqqətə səbəb oldu - FOTOLAR

Hit: 415
ƏSA Teatrı Lənkəranda böyük diqqətə səbəb oldu - FOTOLAR

Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrı Lənkəranda qastrol səfərindədir.

Faktor.az xəbər verir ki, bu barədə məlumatı teatrın baş meneceri Nicat Qulam verib.

Cənub bölgəmizin döyünən ürəyi olan Lənkəran şəhərindəki N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində ƏSA Teatrının repertuarından tamaşaçıların sevimli "Adamlar və siçanlar" tamaşası anşlaqla baş tutub. Cari teatr mövsümünü qastrol səfəri ilə yekunlaşdıran ƏSA Teatrına olduqca böyük marağın olması Lənkəran səhnəsində bir daha qabarıq şəkildə görünüb.

Amerikalı yazıçı Con Steynbekin əsərinin motivləri əsasında hazırlanan tamaşa insanığa mərhəmət, alicənab hisslər aşılamaqla yanaşı, tamaşaçıları böyük insanlığa, mənəvi dəyərlərə səsləyir. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailovdur.

Qeyd edək ki, "Adamlar və siçanlar" tamaşası paytaxt Bakı ilə yanaşı regionlarda da nümayiş olunub. Tamaşaçıların teatra olan marağını nəzərə alaraq Naxçıvanda və Lənkəranda böyük coşğu ilə qarşılanıb.

ƏSA Teatrı bundan sonra ölkənin digər şəhər və bölgələrinə də səfər etməyi planlaşdırır.

1
1
1
1
1








Redaktorun seçimi