İnklüziv "ƏSA" Teatrı Lənkəranda son məşqini etdi - FOTOLAR

Hit: 442
İnklüziv "ƏSA" Teatrı Lənkəranda son məşqini etdi - FOTOLAR

Xəbər verdiyimiz kimi əlilliyi olan və olmayan aktyorlardan ibarət ölkənin ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı Lənkəran şəhərində səfərdədir.

Faktor.az xəbər verir ki, teatrın aktyorları bu gün Lənkəran Dövlət Dram Teatrında son məşqini edib. Böyük tamaşaçı rəğbəti qazanan “Adamlar və siçanlar” tamaşasının nümayişini Lənkəran Dövlət Dram Teatrında həyata keçiriləcək.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş produseri və səhnə tərtibatçısı Nicat Qulam, rejissoru Elşən Əsgərov, multimedia meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailov, qrim üzrə rəssamı Könül Şahbazovadır. Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, İmran Lalayev, Elsevər Rəhimov, Günay Məmmədova, Fərid Əliyev, Cəmilə Məmmədli, Bəhram Rəhimli və canlandıracaq.

Amerikalı yazıçı, Nobel və Pulitzer mükafatı laureatı Con Steynbekin “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan tamaşanın nümayişi bu gün saat 18:00-da baş tutacaq.

Xatırladaq ki, bu tamaşaya giriş sərbəstdir.

1
1
1
1
1








Redaktorun seçimi