"A mədəniyyətinin A dili lüğəti" kitabından

Hit: 915
"A mədəniyyətinin A dili lüğəti" kitabından

(Əvvəli  gedib)

Elə səslər var, o incəlik, həlimlik, dostluq, birlik, həzinlik təlqin edir, nümayiş etdirir. Bir də gördün həmən incə, həlimlik saçan səs, başqa bir səsin yanında,  sözün hecasında, tərkibində baş kəsənə, cəllada, qəddarlığa imza atan bir hal, durum yaradıb, çevrildi.

Səslərin konkret xarakteri olmadığı haqqında nəsə danışmaq mümkündü bu zaman. Ancaq ola bilməz, hər səsin bir özgürlüyü də olmasın. Bu kəsindi. A səsi yalnız a kimi səslənəndə a-dır. S səsi   s kimi səslənəndə s- səsinə xas  ilahi yapılanmada özünü büruzə verir deyək. A səsi x səsinin yanında gələndə artıq bayaqkı a səsi deyil, ola da bilməz. S səsinin yanında bir o, bir r səsi əlavə eləsək sor sözünün səslənişindəki s, artıq o tək, tənha qalmış özgür s səsi deyildi.

Məsələn:

  **

Ey dadi bidad danəndə dəhan dərviş d...

Ey dadi bidad danəndə dəhan dərviş d...

Ey dadi bidad danəndə dəhan dərviş d...

 

Küləkli günlərdə külək- gül əkən ( necə əkir bu yazılıb), gen ( zamanın əsli işıqdan götürülüb)

Ağaclar atır ağaclığın    – ağac-uca istək, at-(Maq) itirməkdəndi,

Toz oyanır  yerindən   - toz-tez ( sürətlə yayılır deyə) yer- yar ( sevdiyin, enerjini verdiyin məkan yer olur)

Atır yuxarıda aclığın     - at (maq) itir, yuxarı-yokarı ( təmizlik yoxluqdadır), ac-(lıq)-azdı ( acan azalır, ölür)- ölülüyün

 

Yağışın qoxusu duyulur    – yağış-axış, qoku-okudandır ( qoxu, oxuya biləndən gələr. Oxuyan da İlahidən oxur,  duy-doy ( doyan adam duyar)

Evlər görünür süsgün,          - ev- ov, gör (mək)-  süsgün-

Burnunun ucunda boz hava-  burun-burulan, uc-

                                               yıxılan, boz-buz, hava-Allah

                                               Var

Qızaran  ləzgi  tələsir Bakıda    - qızar (maq)- közərən,

                                           ləzgi, tələs (mək)- tələyə

                                          düşən, Bakıda

 

Ağclar  odun olacağından qorxmur     - ağac –uca istək, odun- odluq-adlıq olan, ol (an)-ul, səs demək, qorx

Deyəsən  budaqların əsdiri  r- de (mək)- do-sə demək yenə, budaq-kəsilən-çıxan ucalıq

O yanda qaçqınlar – o-o, yan-atəş-yanğın, qaçqın-qaçan qan

Sobasına boru kəsdirir - soba-su-oba-od verən, isti verən, boru-buru-burulan, kəsdir (mək)- küsdürm-məkdi. 

 

İNDİ BU ŞEİRİ əsl mənası ilə təqdim edək.-1

**

Ey dadi bidad danəndə dəhan dərviş d...

Ey dadi bidad danəndə dəhan dərviş d...

Ey dadi bidad danəndə dəhan dərviş d...

 

Gün əkən gen

Uca istək itirir uca istəyini, sonsuz arzusunu itirir

Toz səslənir yarından  -       toz  söhbət açır yarından

Itir yoxluqda ölümün -        sənin ölümün itir yoxluqda

 Axışın yoxuşu doyur  -      axışın yoxuşu doyurur

Itir yoxluqda ölümü                                 

Axış oxudan duyar   -      axışından oxunan duyur

Ovlar görünür süskün  -    ovlar görünür  süskün

Burulanın yıxılanında buz  Allah var    -    burulanın

                                                                  yıxılanında buz  Allah var

Közərən ləzgi  tələyə düşür bakıda   -  közərən ləzgi tələyə

                                                                        düşür bakıda

Uca  istəklər  Adlıq səsdən oxumur      -  uca istəklər adlıq

                                                                  səsdən oxunur

Do-san kəsilən ucalıqların  əsdirir ( asdırır)  

O atəşdə qaçan qanlar

SONA- bu söz ən çox su sonası kimi dilimizdə qalıblaşıb. Sona-sı sözü isə suma-sı, su+ana-sı kimi demək mümkün.

Su obasına, yəni od verəninə, istilik verəninə

Burulanı küsdürür.

**

İNDİ BU ŞEİRİ  əsl mənaları ilə təqdim edək.-2

**

Ey dadi bidad danəndə dəhan dərviş d...

Ey dadi bidad danəndə dəhan dərviş d...

Ey dadi bidad danəndə dəhan dərviş d...

 

Gün əkən gen

Uca istək itirir uca istəyini, sonsuz arzusunu

Toz səslənir yarından

Itir yoxluqda ölümün

 Axışın yoxuşu doyur

Itir yoxluqda ölümü

 

Axış oxudan duyar

Ovlar görünür süskün

Burulanın yıxılanında buz  Allah var

Közərən ləzgi  tələyə düşür bakıda

Uca  istəklər  Adlıq səsdən oxumur

Do-san kəsilən ucalıqların  əsdirir (asdırır)

O atəşdə qaçan qanlar.

Su obasına, yəni od verəninə, istilik verəninə

Burulanı küsdürür

**

1.Dil bərpası üçün  Yunus İmrədən  məşhur bir mətn parçası:

Məni məndə demə məndə deyiləm

Bir mən vardı məndə məndən içəri

Süleyman quş dilin bilir dedilər

Süleyman var süleymandan içəri

Sözlərin anlamı:

- mən : yer, mənzil demək.

- de-mə (mək):  dua deməkdir.

-  bir: bu söz bar demək.

- var : ver.

- iç-əri : uç+ər kimidi. Anlamı-insanın içi demək iç yeri, uçuş yeri demək.

- süleyman : ad olduğu kimi qorunur. (ancaq bu başqa bir mülahizədir. yer, şəxs adları məsələsi)

- quş : qoşulan deməkdir.quş uçduğu zaman göyə, yuxarı bir növ qoşulur.

- dil: dö-dü. ( insan dilindən artır, çoxalır. Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. Bax, dil, o sözdü. )

 -bil(mək) : bul

Bu mətndə 9 sözün açımı ilə mətni yenidən bərpa edəcəyik.

2. mətnin bərpa variantı.

Yeri yerdə dualama yerdə dualanmıram

Bar yer verdi  yerdə yerdən  uçuş yeri

Süleyman  qoşulan  dölün bulub dualadı-lar

Süleyman ver süleymandan uçuş yeri

Mətndəki sözlərin vasitəsi ilə bərpa işini yapdıq. Ancaq bu tamam deyil.

3. orjinalla bərpa variantının sintezi.

Məni məndə demə məndə deyiləm - Yeri yerdə dualama yerdə dualanmıram

 Bir mən vardı məndə məndən içəri - Bar yer verdi  yerdə yerdən  uçuş yeri

Süleyman quş dilin bilir dedilər -  Süleyman  qoşulan  dölün bulub dualadı-lar

Süleyman var süleymandan içəri - Süleyman var süleymandan uçuş yeri

4.Bu mətn əsas sayılmır. Mətnin reaksiyası belə olmur. Aşağıdakı kimi mümkündü:

Yeri yerdə dualama yerdə dualanmıram

Bar yer verdi yerin yerində uçuş üçün

Süleyman  calanan dölün bulub dualadılar

Süleyman var süleymandan da uçuş yeri  (ver)

**

Dildəki bu oyun nə deməkdir? Belə bir eksperiment aparmaqla nə etmək istəyirik. Elədiklərimiz dilə nə verə bilir.

Bu sualı belə cavablandırmaq mümkün. Əslində bərpa zamanı  yazdığımız dilin öz qanunları olması gərəkir. Bu qanunlara gəlib çıxmaq asan məsələ deyil. Qanun dediyimiz dilin qrammatik, sintaksis... kimi qaydaları şüur altı yasalarına söykənir əsasən. Ona görə də bir başa, məsələn, Yunusdan aldığımız örnəklə də bu işi tam reallaşdırmaq olmur.Çünki bərpa işlərini orijinal mətnin dil qaydaları əsasında aparırırıq. Bərpa zamanı üzə çıxan dilin qanunları yalnız yazılaraq, istifadə olunaraq öz gizlənmiş, ya itmiş rabitəsini dışa vurub, təqdim edəcək. Ancaq  orijinal mətnlərin vasitəsi ilə apardığımız əməliyyat da dillə bağlı əsas məqsədi, incəlikləri dərk etmək baxımından yola veriləndir.

**

Ey dili qafil fil faili məchul fani f...

Yücə kitabımızda denilir: “biz əşyaya ad verdik.”

Ayətə bax, mümkünsə, astaca, diqqətli ol! Diqqətini astaca yönəlt. Düz deyirəm.

Əşyaya ad verilir. Sonra da insan tərəfindən verilir. Allah  dünyadakı, aləmdəki mənaları, hikmətləri doldurur insanın ruhuna, şüuruna. Insan baxışlarıyla enerjini ötürür əşyaya. Əşya ötürülən enerjiylə reaksiyaya girir. Əşya məkanında  həll olunmuş enerji  insan baxışlarıyla  geri qayıdarkən  əşyanın da varlığında  Allahın, İlahinin  qoyduğu hikməti, məna enerjisini  çəkib təfəkkürə yükləyir. Təfəkkürdə isə əşyaların İlahi tərəfindən özəl mahiyyəti, hikməti qərar tutduğundan, adlandırma  özgə yerdə  həllini tapa bilməz. Beləcə, beynimizdə, şüurumuzda, ruhumuzda əşya şəkillənincə,   hüceyrələrin qızışması nəticəsində səs telləri ehtizaza gəlir.Səslənişdə şüurumuzdakı əşyanın  qayıtmış energetik yükü səslər silsiləsi yaradaraq, əşya tutumu olaraq  məna kimi sözdə təcəssüm tapır.

Ilkin dili necə bərpa etmək, sözlərin mənasını verən qarşılıqlar əsasında cümlələri, sözləri qrammatik, sintaksis  formullarla yoluna qoymaq.

**

ey dadi bidad danəndə dəhan dərviş d...

qıyıb gözlərini ++ qıy-qay ( ışıqdan sürüşən), göz-köz-od,  işıqdan sürüşüb odum

baxma uzağa ++ bax-bak-  uzaq-uz-ak, uzaqdan üz ağ görünür. üzün ağı, baxma üzü ağ olana

səsini çıxarsan  başının üzərində,  - səs-sıs-səsin sızması, çıxar-çıx+ar-çox+ər-ərin çoxu( səsi çıxarmaq,- ər kişinin coxluğudur, baş-boş - (boşluq-yuxarı demək), üzəri-üzəi-izəri-izdən gəlir (iz qoymaq)- sızmağını çox ər yuxarı  boş (luqda)  izdən

(halən) sıxılar, nurun yarılar ey dost: ++sıxıntı-çıxıntı-çıxılar: nur-nardandı, atəşdən törəyir nur, yarıl(maq)- yarılan yer alır, yer+al kimidir. Ey dost-dəst kimidir. (dostluq dəstlənmiş gül kimidir, yəni iylənilir, qoxlanır, dostluqda ətir var) çıxılar nardan  yer alar, ey dəstələnmiş gül

bax göy üzünə ++ bax-bak-pak, yəni baxmağı bacaran, görən adam təmizlənir energetik olaraq pak olur. Göy-bu söz G+ÖY demək, gö+öy, yəni yuxarı evdir. Üz-izdir, tanrı öz izini üzdə gerçəkləşdirir.  Pak yuxarı evə izdir

adını ətindən sümüyündən çıxar, ++ad-od, (ad yaxınlaşdırır, odda isidib yaxınlaşdır) ət-od demək, insan bədəni bişəndən, ilik sümükləyəndən sonra əti də gerçək şəkildə oluşur. Sümük-kimlik, çıx-çox demək, ( mənası da məlum)  odunu  odundan  kimlik çoxdur

dünya faniliyində  dilinin ucunda rənglər dəyişsin, ++dünya-dön+ yana, dünya fırlandığı üçün, hərəkətin deyir. Fani- fani, dil-dul-dol fani, insan dolanda dili köməyinə gəlir. Uc-aç-uçmaqdan gəlir. Bir şeyin ucu əslində açdır, açılandır, açandır. Rəng-r+əng, ra+əng-allahın ucalığı demək, dəng allahın ucalığı kimi dəyərləndirilmiş. Dəyiş (mək) – döyüş-məkdən gəlir. Dönən yan dolunun  açımında allahın ucalığı döyüş

ardında dönsən də : ++ ard -   dön-

görə bilməyəcəyin  yol++gör-gir-məkdən törər. gördüyünə girirsən. daşı görən daşa girir. Bil-bul-dan törər. ( bulmayacağın). Yol-yox-dan törər.

qokulanmış hava ++qoxu – qo+ku-xu    hava-hu+var-dan törəmiş.

gərək alma yeyəndən sonra  ++gərək-gər+ək- gör+ək, gördüyünü ək-bitir, alma-al+ ma, al+ma-ver, ucadan verilən. yemək-ye+mak, ya-maq , yam+maq, yan+maq, yemək yanmaqdan törəyir, sonra-son+ara, sun+ara , ara verilən, gördüyünü ək alma ara verilən

susub sükutu zaman bilərdim ++sus(maq) – sız-maqdı, insan ızanda sakitləşir, boşalır. Sükut-su+küt (dayanmış, ağır, lam, dayanmış), zaman-zəm-in ( dilimizdə zənni, alt qat var)  mən, dərin qatdakı mən-zaman adlanır. Bil-bul-dan gəlir. Sızıb lam dayanmış zəmin bulardım

ətimi sümüyümü  üstümə çəkə-çəkə ey qafil: ++ ət-id-dir, yəni ət görüntüdür. Sümük-son+mülk, sona qalan varın bədəndən odur. Üstüm-ist+tüm, bu söz ilgincdir: yəni məndən yuxarı, hər yer istidir, həm də istəniləndir. Nəyə görə, ona görə ki, bizdən yuxarı bizim əbədi doğma məskənimizdir. çək-çökə-dəndi. Ey qafil. Idimi son mülkümü məndən yuxarı istidir  çökə-çökə ey qafil

suda balığınan üzər, ++su – sun-ver. Balıq-bul+lək (q) lək dərin demək. Dərində tapılan.  Üz-(mək) izdir, üzən üz buraxıb gedər. Sunda (verilən yerdə)  dərində tapılanla izər( izlər)

budaqda quşunan ötərdim, ++ bud+ak, bit (mək)- ak (yücədə) - yuxarıda bitən. quş-qoş-qaş, göydə qaraltıdır, qaş kimidir. Öt (oxu)-oxuyan, ötən- həm də itəndir, özü görünmür səsi görünür. Yuxarıda bitən qaraltıynan itərdim

Bumu dərdin, ey qafil   ++ BU, dərd-dart-dı. Dərd insanı çəkib, dartır. Insanın çəkisi dərdiylə bilinir.  Həyatın dərkinə çıxarır. Ey qafil. ( bu ibarə dəyişməz) bumu çəkin, ey qafil

elə ki qaranlıq gecəni  verdi qabağa     

yol – riz ayağım altında çanaqlı bağa  :

 ++++ elə - ələk sözündəndir. Ələkdən keçməyən başqa bir mənayla açılmaz. Elə sözü də ələk kimi özündən sonra gələn anlamı özündən süzüb, ələyib olur elə. Ki –qalır yerində. Qaranlıq- qor+yanlıq, yanmış qor  Gecə-

ver – verən, verilən var olur-var. Qabaq – qab+ak-qab+ax, yəni qaba ax, irəli gəlmək, qaba axmaq kimidir. Irəli, özündən qabaq qab kimidir. Hər addımımız qaba dolur sanki.

ələk ki  yanmış qor gecəni  var qaba axan

**

Məna variantı:

ey dadi bidad danəndə dəhan dərviş d...

işıqdan sürüşüb odum

baxma üzü ağ olana

sızmağını çox ər yuxarı  boş(luqda)  izdən

çıxılar nardan  yer alar ey dəstələnmiş gül

Pak yuxarı evə izdir

Odun odundan  kimliyi  çoxdur

Dönən yan dolunun  açımında allahın ucalığı döyüş

 ardında dönsən də

girib bulmayacağın yoxluq

qoxulanmış  Hu var

gördüyünü ək alma ara verilənə

Sızıb lam dayanmış zəmin bulardım

 son mülkümü məndən yuxarı istidir  çökə-çökə ey qafil

Sunulanda   dərində tapılanla  izlər

Yuxarıda bitən qaraltıynan itərdim

bumu çəkin ey qafil

ələk ki  yanmış qordur- gecə var qaba axan

 **

Bu mətnin ikinci variantı isə orijinaldakımisraların ardınca bərpa olunan misralar təşkil edəcək. Yəni, bir misra ilkin, bir misra dönmüş misralar yerini aıacaq. 

Mənaların sintez variantı

 **

ey dadi bidad danəndə dəhan dərviş d...

qıyıb gözlərini -1

işıqdan sürüşüb odum

baxma uzağa -2

baxma üzü ağ olana

halən)sıxılar, nurun yarılar, ey dost -3

sızmağını çox ər yuxarı  boş(luqda)  izdən

çıxılar nardan  yer alar, ey dəstələnmiş gül

Pak yuxarı evə izdir -1

bax göy üzünə

Odun odundan  kimliyi  çoxdur -2

adını ətindən sümüyündən çıxar,

Dönən yan dolunun  açımında allahın ucalığı döyüş -3

dünya faniliyində  dilinin ucunda rənglər dəyişsin

 ardında dönsən də -4-0

girib bulmayacağın  yoxluq -5

görə bilməyəcəyin xərclənmiş yol

qoxulanmış  Hu var -6

qoxulanmış hava

gördüyünü ək alma ara verilənə -1

gərək alma yeyəndən sonra  

Sızıb lam dayanmış zəmin bulardım -2

susub sükutu zaman bilərdim

son mülkümü məndən yuxarı istidir çökə-çökə ey qafil -3

ətimi sümüyümü  üstümə çəkə-çəkə,  ey qafil

Sunulanda   dərində tapılanla  izlər -4

suda balığınan üzər 

Yuxarıda bitən qaraltıynan itərdim -5

budaqda quşunan ötərdim

bumu çəkin, ey qafil - 6

ələk ki  yanmış qordur- 7

budaqda quşunan ötərdim

gecə var qaba axan -8

 Bumu dərdin, ey qafil   

Nəticə:

Görəsən bu qədər söz oyunu nəyə gərək idi? Istər-istımız suallar ortaya çıxır. Biz bu eksperimenti ona görə aparırıq ki, dilin mahiyətini anlayaq. Dilin varlığını duyaq. Istifadə etdiyimiz sözlərin nə dərəcədə bizim qəsd etdiyimiz şəkildə, niyyətimizə, məqsədimizə, içimizə uyğun gəldiyinindən xəbər tutaq.

Bu eksperimentin  digər bir özəlliyi, işlətdiyimiz hər hansı bir cümlənin hardasa məqsədə heç uyğun gəlmədiyi qənaətini hasil etməsindən ibarətdir.

Digər bir fakt isə, bu şəkildə dilin, sözlərimizin yolunu izləmək, sözlərin konkret olaraq bir neçə məna qatında, fərqli  ünvanları göstərməsini üzə çıxardır.

Dilimizdəki sözlərin məna qatını öyrəndkcə, bu sözlərin energetik hazırlıqlıqla insan oğlunu necə qoruduğunu anlamaq mümkün.

Biz danışarkən  maksimum enerjimizdən istifadə edirik. Fikirə, düşüncəyə, münasibətə, söhbətə yönəlmiş bu enerjini sözlə təmasında, əgər işlətmiş olduğumuz sözlər bir neçə qata,  bir neçə qatdan ibarət özəl mənaya malis olmasaydılar, dəhşətli xaosla üzləşməli olardıq. Davamlı hava boşluğunda qorxu yaradan enerji toqquşmalarından xaos yaranar, dağıntı müşahidə edilər, ətrafda yanıq ət iyininin qoxusu cövlan edər, havada sonsuz küllər uçuşar, dumanlıq yarana bilərdi. ancaq sözlərin bu şəkildə bir yapıya dil içində sahib olması, bizim tərəfimizdən gələn energetik yaradıcı ( istənilən vəziyyətdə) gücü alıb öz məqamından, qatlarından keçirib, əhilləşdirib tənzimləyərək, ən üst qatda, düzeydəki şəkliylə ifadəmizə yararlı olmağa başlayır.

Bu prosesin öz üsə bir sözün hər qatdakı şəklini, həm də mənasını, istiqamətini qoruyub yaşatmış, diri saxlamış olmasına yardım edir.

Bizim varlığımızın, özünü ifadə təqdimatımızın mahiyyət olaraq üzə çıxması, gerçəkləşməsi dilimizdəki  hər bir səsin, sözün bizimlə kosmosun arasında lazım olan tutumda bağlılığımızı, əlaqə imkanlarımızı  qorumağa, yeri gəldiyində bərpa prinsiplərinə kimi işləmlərə imkan yaradır.

Yuxarıda gördüyünüz  dilin bərpası adın altındakı çalışma kiçik bir misal kimi təqdim edildi. Hər kəs bu örnəyi ən məhşur mətin, şeir parçası üzərində uyğulaya bilər.

əsas məqsəd isə, sözsüz, dilin imkanlaqrını, mahiyyətini, xüsusiyyətlərini, sözlərin hansı missiyyaya sahib olması, bizim  varlığımızı qorumaqda hansı energetik  elastikliyə, aktivliyə sahib olması kimi özəl¬liyini açıb göstərməkdi.

Bir sözlə, dilimizdəki sözlərin hər bir məna qatındakı özümüzü ifadə imkanı, mahiyyəti fərqli mənalardan keçirmək qaydası, gözə-gö¬rünməz, hiss olunmaz qanunu insana  məna aləmi vasitəsi ilə ruhi  həyatına, dünyasına da yön vermək, şərait yaratmaq xüsusiy¬yətlərini ortya çıxarır, hardasa, formaya salır.

Xanəmir Telmanoğlu

2005

   (ARDI VAR)

  

 

 

 









Redaktorun seçimi