Balaca rəssamlar böyüklərdən ilham aldılar

61 dəfə oxunub
Balaca rəssamlar böyüklərdən ilham aldılar

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Little YARAT” və “Little Master” layihələrinin növbəti yarımillik fəaliyyətinin yekun sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, balaca fırça ustaları rəssamlar Babi Bədəlov və Vaciko Çaçxianinin əsərlərindən, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində isə Əşrəf Muradın “Sevgi və etiraz” sərgisindən ilhamlanaraq müxtəlif ustadların rəhbərliyi ilə çoxsaylı əsərlər yaradıblar.

Ziyarətçilər “YARAT” Müasir İncəsənət Mərkəzi və XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində hər iki layihənin növbəti yarımillik fəaliyyətinin yekun sərgisini izləməklə yanaşı, həm də maraqlı və əyləncəli proqramda iştirak edə biləcəklər.

 

 



Redaktorun seçimi