Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu

Hit: 841
Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu

Bu gün Beynəlxalq Muğam Mərkəzində Əməkdar memar, Dövlət mükafatı laureatı, akademik Rasim Əliyevin 85 illiyinə həsr olunmuş tədbir keçirilib.

Dövlət və hökumət rəsmilərinin, elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə Rasim Əliyevin memarlıq sənətinin inkişafındakı xidmətlərindən danışıb.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin görkəmli memarın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncamını oxuyub.

Nazir Rasim Əliyevin gördüyü işlərin həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Qarayev sənətkarı yubileyi münasibətilə təbrik edib,ona  yaradıcılıq uğurları arzulayıb.

Daha sonra Lider TV-nin “Xəzərin sahilində” verilişinin Rasim Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimatı olub.

Yubiley gecəsi konsert proqramı ilə davam edib.

Sonda çıxış edən Rasim Əliyev tədbirin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.

 

 








Redaktorun seçimi