ƏSA Teatrı Lənkəranda

Hit: 594
ƏSA Teatrı Lənkəranda

Azərbaycan teatrının "ƏSA"sı Lənkəran şəhərinə qastol səfəri edəcək. 

Faktor.az xəbər verir ki, əlilliyi olan və olmayan aktyorlardan ibarət ölkənin ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı böyük tamaşaçı rəğbəti qazanan “Adamlar və siçanlar” tamaşasının nümayişini Lənkəran Dövlət Dram Teatrında həyata keçirəcək.

Amerikalı yazıçı, Nobel və Pulitzer mükafatı laureatı Con Steynbekin “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan tamaşanın nümayişi 21 iyul saat 18:00-da baş tutacaq.

İlk dəfə 19 dekabr 2017-cı ildə paytaxtda nümayiş olunan tamaşa çox sayda teatr tamaşaçılarının, dövlət rəsmilərinin, diplomatik korpus nümayəndələrinin, tanınmış sənət adamlarınin sevgisini qazanmışdır.

Səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə

Baş produseri və səhnə tərtibatçısı Nicat Qulam

Rejissoru Elşən Əsgərov

Multimedia meneceri: Elxan Xanəlizadə

İşıq rəssamı Binyamin Sailov

Qrim üzrə rəssamı Könül Şahbazova

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, İmran Lalayev, Elsevər Rəhimov, Günay Məmmədova, Fərid Əliyev, Cəmilə Məmmədli, Bəhram Rəhimli və Orxan Əliyev canlandıracaq.

Teatrın təsisçisi və rəhbəri: Nihad Ari Gulamzada

Baş menecer: Nijat Gulam









Redaktorun seçimi