UNESCO-nun Bakıda keçirilən 43-cü sessiyası başa çatıb

Hit: 322
UNESCO-nun Bakıda keçirilən 43-cü sessiyası başa çatıb

İyulun 10-da UNESCO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası başa çatıb.

Faktor.az APA-ya istinadən xəbər verir ki, sədr Əbülfəs Qarayev bağlanış sessiyasında çıxış edərək komitə üzvlərinə, qonaqlara təşəkkür edib: "Mən Azərbaycan prezidenti adından, Azərbaycanın birinci vitse-prezidenti adından sizə öz minnətdarlığını bildirirəm". 

Dünya İrs Mərkəzinin direktoru Mextild Rössler sessiyasının yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını çatdırıb və Əbülfəs Qarayevə Dünya İrs Siyahısına daxil olan bütün abidələrin yer aldığı kitabı hədiyyə edib.

Sonra üzv dövlətlərin nümayəndələri çıxış ediblər. 

Qeyd edək ki, UNESCO-nun Bakıda keçirilən 43-cü sessiyasında daha bir neçə nominasiya Ümumdünya İrs Siyahısına salınıb. Bununla da UNESCO-nun Dünya İrs Siyahısında yer alan mədəni irs nümunələrinin sayı 1121-ə çatıb. Bunlardan 869-u mədəni, 213-ü təbii, 39-u qarışıq irs nümunəsidir.

Xatırladaq ki, UNESCO-nun 44-cü sessiyası gələn il Çinin Fuçjuo şəhərində keçiriləcək.









Redaktorun seçimi