88 yaşında dünyasını dəyişdi - Musiqi janrı yaratmışdı - VİDEO

Hit: 412
88 yaşında dünyasını dəyişdi - Musiqi janrı yaratmışdı - VİDEO

Əfsanəvi braziliyalı musiqiçi, bossa-nova janrının yaradıcısı Juan Jilbertu dünyasını dəyişib.

Bu barədə onun oğlu Feysbuk hesabında məlumat verib. Mərhumun 88 yaşı var idi.

Artist qəribə xüsusiyyətləri ilə seçilirdi: heç vaxt müsahibə vermirdi, konsert zamanı tamaşaçıdan istədiyi reaksiyanı almadıqda zalı tərk edə bilərdi.

Jilbertu öz musiqi janrını 50-ci illərdə yaratmağa başlamışdı. Bossa-nova janrı 1962-ci ildə ABŞ-da caz ifaçıları arasında artıq məşhurlaşmışdı. Sözügedən janrın etalonu musiqiçinin həyat yoldaşının ifa etdiyi “İmpanemalı qız” kompozisiyası olmuşdu.









Redaktorun seçimi