Mövsümü “Adamlar və siçanlar”la başa vurdular

Hit: 436
Mövsümü “Adamlar və siçanlar”la başa vurdular

Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk və tək inklüziv “ƏSA” Teatrı cari teatr mövsümünü "Adamlar və siçanlar" tamaşası ilə başa vurub.  

Məşhur ABŞ yazıçısı Con Steynbekin "Adamlar və siçanlar haqqında” əsərinin motivləri əsasında hazırlanan səhnə əsəri bu dəfə də tamaşaçıların böyük marağına səbəb olub.   

Tamaşa XX əsrin 30-cu illərində ABŞ-da baş verən iqtisadi böhranın insanlığa vurduğu mənəvi zərbələrin fonunda baş verən hadisələr əsasən insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətləri aşılayır.

Səhnə əsərinin quruluşçu rejissoru və bəstəkarı Nihad Qulamzadə, rejissoru Elşən Əsgərov, baş prodüseri və səhnə tərtibatçısı Nicat Qulam, işıq rəssamı Bünyamin Sailov, konsertmeysteri Fidan Babayeva və Elçin Hətəmli, qrafik dizayneri Tural Əlisoy, fotoqrafı Eltac Zeynalov, surdo (işarət dili) tərcüməçisi isə Nuranə Abıyevadır.

Rolları Elşən Əsgərov, Orxan Əliyev, Cəmilə Məmmədli, Elvin Mirzəyev, Səmayə Ağayarova, Bəhram Rəhimli, İmran Lalayev, Riyad Sultanov, Günay Məmmədova, Fərid Əliyev, Asim Səfərov, Sənan Fərzəliyev və Patti Smit canlandırır.









Redaktorun seçimi