“Dovşanın ad günü”nə hazırlaşanlar

Hit: 637
“Dovşanın ad günü”nə hazırlaşanlar

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası bu teatr mövsümünə də premyera ilə yekun vuracaq.

Belə ki, iyulun 3-də (saat 12.00) teatrda “Dovşanın ad günü” adlı uşaq tamaşasının nümayişi olacaq.
Tamaşa Azərbaycanın məşhur uşaq yazarı, balacalar üçün yazılan onlarla şeir, poema və səhnə əsərinin müəllifi Xanımana Əlibəylinin 100 illiyi münasibətilə səhnələşdirilib.
Müəllifin eyniadlı əsəri əsasında hazırlanan əsəri səhnələşdirən studiyanın bədii rəhbəri Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruuluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, xoreoqrafı Ramiz Qəmbərov, rejissor assistenti Gülər Məlikovadır.
Uşaqlara dostluq, sədaqət, dürüstlük və ən əsası sevgi, humanizm aşılayan birhissəli tamaşada rolları studiyanın istedadlı yetirmələri Aysu və Uğur Cəbrayılovlar, İbrahim Laçın, İnci Mustafalı, Mələk İsabalasoy, Vüsal Davudlu, Tuncay Bəxtiyarov, Ömər Akın, Adil Əlizadə, Hüseyn Quliyev, Nəzrin Süleymanlı və İlqar İbrahimli ifa edirlər. 
Xeyriyyə məqsədli tamaşada BMT-nin Azərbaycan nümayəndəliyinin xətti ilə ölkəmizdə yaşayan suriyalı qaçqın uşaqlar, UAFA təşkilatında qeydiyyatda olan daun va autizm sindromlu balacalar da iştirak edəcəklər.

 









Redaktorun seçimi