Tağıyevin heykəli nə vaxt qoyulacaq?

Hit: 264
Tağıyevin heykəli nə vaxt qoyulacaq?

“İyunun 30-na qədər Hacı Zeynalabdin Tağıyevin heykəlinin forması ilə bağlı təkliflər hələ ki, müzakirə mərhələsində olacaq. İyunun 30-da isə müsabiqə bitəcək və bundan sonra münsiflər heyəti ən layiqli layihəni seçəcək”.

Faktor.az xəbər verir ki, bunu Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə jurnalistlərə açıqlamasında deyib.

O, həmçinin bildirib ki, Tağıyevin heykəlinin “İçərişəhər” metrostansiyasının qarşısında qoyulmasından başqa təklif yoxdur: “Azərbaycanın görkəmli memarları - Mikayıl Hüseynov və Sadıq Dadaşova da heykəl qoyulması planlaşdırılır, artıq heykəllərin eskizləri hazırdır”.

Mədəniyyət naziri Əbülfəz Qarayev isə bildirib ki, hazırda Vaqif Əliyevin rəhbərliyi altında Hacı Zeynalabdin Tağıyevin, Cəlil Məmmədquluzadənin və bir neçə memarın heykəlinin quraşdırılması ilə bağlı komissiya işləyir: “Heykəllərin harada quraşdırılması geniş ictimaiyyətin, memarların, heykəltəraşların iştirakıyla müzakirə olunur. Bu, yaradıcı bir prosesdir. Biz onların hamısına müsabiqə yolu ilə baxmalıyıq”.

Qeyd edək ki, Tağıyevin heykəlinin “İçərişəhər” metrostansiyasının qarşısında, fotoda göstərilən yerdə qoyulması təklif edilir:









Redaktorun seçimi