“Azerbaijan Design Summit” Bakı Gənclər Mərkəzində keçirildi

Hit: 379
“Azerbaijan Design Summit” Bakı Gənclər Mərkəzində keçirildi

Son zamanlar ölkəmizdə dizayn tədbirlərinin sayı artmaqdadır. Əlbəttə ki, keçirilən dizayn tədbirləri bu sahədə olan inkişafın göstəricisidir.

Faktor.az Trend-ə istinadən bildirir ki, sonuncu belə bir tədbir "Azerbaijan Design Summit" adı ilə Bakı Gənclər Mərkəzində keçirildi.

Ümumiyyətlə, belə tədbirlər dizayn cəmiyyətini anlamaq üçün böyük vasitədir. Daha çox gənclərin marağına səbəb olan dizayn tədbirləri onların maariflənməsinə, sosiallaşmasına və biliklərini artırmağa kömək edir. "Azerbaijan Design Summit"i  təcürbəli spikerlərin faydalı çıxışları, iştirakçıların  spikerlərə maraqlı sualları, tədbirin tərkibində elan edilən  müsabiqənin qaliblərinin elan edilməsi və onların mükafatlandırılması ilə sonlandırıldı. "Azerbaijan Design Summit"nin təşkilatçı rəhbəri  Sərxan Surxayev bu formatda tədbirlərin növbəti illərdə də keçiriləcəyini bildirdi. 

Tədbirin Facebook sosial şəbəkəsində  "Azerbaijan Design Summit" adlı qrupu fəaliyyət göstərir. Orada iş elanları, yeni tədbirlərin keçirilməsi, dizayn sahəsində yeniliklər aktiv şəkildə paylaşılır.









Redaktorun seçimi