Lavrovdan Tahir Salahova jest

Hit: 368
Lavrovdan Tahir Salahova jest

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvada Azərbaycan və SSRİ-nin Xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət sərgi açıb.

Faktor.az  “Ren TV”yə istinadən xəbər verir ki, Salahov bildirib ki, Xarici İşlər Nazirliyinin binasında açılan sərgi onun üçün böyük şərəf hissidir.

“Mən Rusiya və Azərbaycan XİN-ə, eləcə də hər iki ölkənin səfirlərinə təşəkkür edirəm. Əlbəttə, sərginin açılmağını təklif edən Xarici İşlər naziri Sergey Lavrova minnətdaram”, - deyə rəssam söyləyib.

 

Öz növbəsində, Lavrov Salahova bu təklifi qəbul etdiyinə görə təşəkkür edib. O, bu ideyanın ötən il rəssamın Azərbaycanda sərgisin baş çəkdikdən sonra ortaya çıxdığını açıqlayıb: “Mənə elə gəlir ki, moskvalılar bu işlərlə mütləq tanış olmalıdırlar. Bu razılığın əldə olunması çox əladır”.

Qeyd edək ki, sərgidə Salahovun müxtəlif yaradıcılıq illərində çəkdiyi rəsm əsərləri təqdim olunub.

Bu məqamda bildirək ki, T. Salahov 1977-ci ildə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidentdir.









Redaktorun seçimi