"Ər və arvad" Tbilisidə

Hit: 389
"Ər və arvad" Tbilisidə
 Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı dahi bəstəkar Üzeyir Hacıbəyovun «Ər və arvad» musiqili komediyasını yeni quruluşda səhnələşdirib.
 AZƏRTAC xəbər verir ki, iyunun 19-da Tbilisidə tamaşanın premyerası olub.
 Səhnə əsərinin quruluşçu rejissoru Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının bədii rəhbəri Turqay Vəzlizadədir.
 Əsərin ideyası ağıllı və tədbirli arvadın (Minnət xanım) müflisləşmiş və düşkünləşmiş ərindən (Mərcan bəy) mənəviyyatca üstünlüyünü açıb göstərməkdir.
 Əsərdə ailə-məişət mövzusu çox ardıcıl və dinamik şəkildə açılır, Azərbaycan qadınının ailə və cəmiyyətdəki kölə vəziyyətinə etiraz səslənir.
 Tamaşada əsas rolları aktyorlar Binəli İslamoğlu, Marianna Məmmədova, Azər Musaoğlu, Aida Tağıyeva, Fazil Bayramov və Mənzər Sadıqova oynayıblar.
 Tamaşa alqışlarla qarşılanıb.
 Tamaşanın premyerasından sonra AZƏRTAC-a müsahibə verən T.Vəlizadə bildirib ki, dahi bəstəkar, Şərqdə ilk operettanın banisi Ü.Hacıbəyovun bu tamaşası ilk dəfə 1910-cu ildə səhnələşdirilib. Yüz ildən çox vaxt keçsə də, əsər öz mahiyyətini, gözəlliyini və mənasını itirməyib. Teatrın kollektivi bu əsəri yenidən səhnələşdirməklə müasir gəncliyi Üzeyir bəy yaradıcılığı ilə tanış etmək, eyni zamanda, az qala hər gün rastlaşdığımız ailə-məişət problemlərini ictimaiyyətə çatdırmaqdır.








Redaktorun seçimi