Bulqakovun məşhur əsəri Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulacaq

Hit: 633
Bulqakovun məşhur əsəri Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulacaq

Gənc teatr sənətçiləri tərəfindən yaradılmış “TƏK (TeatrƏdəbiyyatKino)” Yaradıcılıq Platforması ilk tamaşası ilə teatr sevənlərin görüşünə gəlməyə hazırlaşır.

Faktor.az xəbər verir ki, gənclərin teatr platfotmasının hazırladığı “İt ürəyi” tamaşası 19 iyun saat 19 00-da Gənc Tamaşaçılar Teatrının böyük səhnəsində nümayiş olunacaq.

Mixail Bulqakovun eyni adlı povesti əsasında qurulmuş tamaşanın müəllifi rejissor Asiman Ağa Rövşən, bədii rəhbəri isə teatrşünas Dağlar Yusifdir.

Tamaşada aktyorlar Əməkdar artistlər Qasım Nağı, Ayşad Məmmədov, aktyorlar Vüsal Murtuzəliyev, Günay Əhməd, Asiman Ağayev, Nurlan Süleymanlı, Etibar Abdullayev, Rəfiqə Məmmədova və Tunar Əlizadə ifa edəcək









Redaktorun seçimi