Rusiyanın tanınmış aktyoru vəfat etdi

Hit: 455
Rusiyanın tanınmış aktyoru vəfat etdi

Rusiyanın tanınmış aktyoru Aleksandr Kuznetsov 60 yaşında dünyasını dəyişib.

Bu haqda onun həmkarı E. Vitorqan İnstaqram hesabında xəbər verib.

“Bu gün... Səhər saat 9-da... Saşenka Kuznetsov! Çox sağ ol, bizimlə olduğun üçün. Sən yaşamaq üçün çox mübarizə apardın. Allah rəhmət eləsin”, - deyə Vitorqan qeyd edib.

Məlumat üçün bildirək ki, 70-dən çox filmdə rol alan Aleksandr Kuznetsov tamaşaçıların yaddaşında daha çox “Ciddi rejimli komediya”, “Planetlər paradı” ilə yadda qalıb. O, son dəfə “Falçı” teleserialında rol almışdı.  









Redaktorun seçimi