Məşhur rejissor növbəti filmini Çingizxana həsr edəcək

26 dəfə oxunub
Məşhur rejissor növbəti filmini Çingizxana həsr edəcək

Serbiyalı rejissor və musiqiçi Emir Kusturitsa 2020-ci ildə Çingizxan haqqında çəkdiyi filmi təqdim edəcək.

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, film böyük qırğız yazıçısı Çıngiz Aytmatovun povesti əsasında çəkilir.

"Məndə Çingizxan haqqında film çəkmək ideyası yaranıb. Bu şəxsiyyətə böyük bir film həsr etmək fikrindəyəm", - deyə Kusturitsa bildirib.

Rejissor onu da əlavə edib ki, filmin çəkilişləri o cümlədən Rusiyada da aparılır.

Kusturitsa, eyni zamanda, aktyor olaraq 30-a yaxın filmə ssenari yazıb. Onun ekran əsərləri iki dəfə Kann kinofestivalında "Qızıl palma budağı"nı almaqla yanaşı, Avropada bir çox festivallarda mükafatlar qazanıb.



Redaktorun seçimi