“Cırtdan” məharətini Lənkəran səhnəsində göstərəcək

36 dəfə oxunub
“Cırtdan” məharətini Lənkəran səhnəsində göstərəcək

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi 1-5 iyun tarixlərində Lənkəran şəhərində keçirilən Beynəlxalq Teatr Festivalında çıxış edəcək.
Belə ki, yaradıcı heyət “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi festivalda repertuarındakı seçkin tamaşalardan olan “Cırtdan” ilə təmsil olunacaq.
Iyunun 4-də (saat 12.00) lənkəranlı testrsevərlər önünə çıxacaq tamaşa bundan öncə də bir neçə beynəlxalq festivalda uğurla nümayiş olunaraq mükafatlara layiq görülüb.
Şair-dramaturq, uşaqların sevimli müəllifi Mirmehdi Seyidzadənin eyniadlı mənzum nağıl-pyesi əsasında hazırlanan tamaşanın (səhnələşdirəni Rəhman Əlizadə) quruluşçu rejissoru teatrın baş rejissoru, əməkdar artist Qurban Məsimov, quruuluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Xalq artisti Oqtay Zülfüqarovdur. 
Müxtəlif kukla texnikalarının istifadə olunduğu birhissəli kukla tamaşasında rolları teatrın aparıcı aktyorları 
Tamaşada əsas rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Araz Həsənli, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov və Aslan Fətullayev ifa edirlər.



Redaktorun seçimi