Azərbaycanlı rejissorun filmi İspaniyada mükafat alıb

Hit: 455
Azərbaycanlı rejissorun filmi İspaniyada mükafat alıb

İspaniyanın Valensiya şəhərində keçirilən 19-cu "Radio City" beynəlxalq qısametrajlı film festivalında Azərbaycanı Ramil Muradovun "Dekorator"  filmi təmsil edib. 

Film strateji yaradıcı intelektual yanaşma göstərdiyi üçün "Entopiya" nominasiyası üzrə qalib olub. 

"Dekorator" filmi gənc Ramil Muradovun ilk ekran işidir. 

"Dekorator"da fərqli xarakterlər öz nəzər nöqtələri, mövqeləri uğrunda mübarizə aparırlar. 

Filmdə gənclərlə yanaşı, tanınmış aktyorlar da çəkilib.









Redaktorun seçimi