“YUĞ”da premyera

Hit: 500
“YUĞ”da premyera
İyunun 21-də "YUĞ” Dövlət Teatrında "Mən ağacam” adlı yeni tamaşanın premyerası olacaq.
Dünya şöhrətli yazıçı Orxan Pamukun "Mənim adım qırmızı” romanının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əbdülqəni Əliyev, quruluşçu rəssamı Umay Həsənovadır.
Tamaşada Xalq artisti Məmmədsəfa Qasımov, aktyorlar Təranə Ocaqverdiyeva, Elgün Həmidov və Ləman Mərrih çıxış edəcək.
 Tamaşanın süjet xəttinə görə, radio aparıcıları Orxan Pamukun "Mənim adım qırmızı” romanını təhlil edirlər. Kişi ittihamçı, Qadın müdafiəçi mövqeyindən çıxış edir. Romanın təhlili zamanı Kişi və Qadın öz aralarındakı münasibətdən tutmuş, siyasi, sosial, psixoloji, sakral məsələlərə toxunur, romandakı gizli mənaları açmağa çalışırlar.
 Tamaşanın xronometrajı 1 saat 10 dəqiqədir.

 









Redaktorun seçimi