Latın Amerikası festivalı Bakı metrosundan başlanacaq

95 dəfə oxunub
Latın Amerikası festivalı Bakı metrosundan başlanacaq

"İçərişəhər"ə Latın musiqisinin inanılmaz sehrinə gəlin

 
Latın Amerikası mədəniyyətini və ənənələrini təşviq və təbliğ etmək məqsədilə region ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin birgə səyi ilə may ayının 30-dan iyunun 9-dək Bakıda “Latın Amerikası Festivalı” keçiriləcək. Festival çərçivəsində canlı konsertlər, rəqslər, milli mətbəx, mədəniyyət, incəsənət və s. tədbirləri keçiriləcək.
Festivalın ilk açılışı Bakı metropolitenində olacaq.
May ayının 30-da saat 17:00-da stansiyanın vestibülündə metro sərnişinlərinə ilk dəfə Latın Amerikası xalqlarının musiqi nömrələri təqdim olunacaq. Konsert proqramına "Avroviziya-2017" müsabiqəsində "Skeletons" mahnısı ilə Azərbaycanı təmsil etmiş Diana Hacıyevanın braziliyalı musiqiçi, tədbirin əsas təşkilatçısı Klaudio Franko ilə yaratdıqları "Brazilidad" qrupunun çıxışı təqdim olunacaq. Zəngin musiqi proqramına müxtəlif maraqlı parçalar daxil edilib.
İyunun 5-də saat 17:00-da yenə "İçərişəhər" stansiyasının vestibülündə braziliyalı gitaraçı, müğənni, bəstəkar, musiqi prodüseri Qleyson Tulionun konserti keçiriləcək. Əfsanəvi "Bitlz" qrupunun yaradıcılığı musiqiçiyə böyük təsir göstərib və o, Braziliya milli koloritini də əlavə etməklə ecazkar kompozisiyalar yaradıb. Tulio müxtəlif beynəlxalq musiqi festival və konsertlərinin iştirakçısı kimi tanınıb.
Festivala Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi dəstək verir.



Redaktorun seçimi