“Aşıq Qərib” səhnədə

30 dəfə oxunub
“Aşıq Qərib” səhnədə
 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında üçpərdəli "Aşıq Qərib” operası nümayiş olunub.
 
 AZƏRTAC xəbər verir ki, libretto müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyli olan səhnə əsərinin xronometrajı 1 saat 50 dəqiqə olub.
 Baletin dirijoru Əməkdar incəsənət xadimi Sevil Haciyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı isə Əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdir.
 Səhnə əsərində rolları Elnur Zeynalov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Rafiq Abbasov, Elşad Məmmədov, Mülahim Həsrətova, Səbinə Vahabzadə, Fəridə Məmmədova və Mütəllim Dəmirov ifa ediblər.
 Solistlərin məharətli çıxışı səhnə əsərini baxımlı edib, opera maraqla qarşılanıb.

 



Redaktorun seçimi