Tbilisidə Azərbaycanın milli geyimləri nümayiş etdirilib

87 dəfə oxunub
Tbilisidə Azərbaycanın milli geyimləri nümayiş etdirilib

Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycanın milli geyimləri nümayiş etdirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, nümayişdə Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyinə məxsus kolleksiya təqdim olunub.

Dəfilədə 20-yə yaxın kişi, qadın və uşaq milli geyimləri göstərilib.

Birliyin sədri Laləndər Novruzova bildirib ki, dəfilə Azərbaycanın Respublika Gününə həsr olunub. O qeyd edib ki, tədbirin məqsədi həmçinin Azərbaycanın milli geyim üslublarını və özünəməxsusluğunu Gürcüstan ictimaiyyətinə tanıtmaqdır. 



Redaktorun seçimi