Gənc Tamaşaçılar Teatrında “Nağılların rəng dünyası”

Hit: 1006
Gənc Tamaşaçılar Teatrında “Nağılların rəng dünyası”
 Mayın 27-də Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "21 May - Ümumdünya Mədəni Müxtəliflik Günü” ilə əlaqədar "Nağılların rəng dünyası” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd mədəni müxtəlifliyin müsbət rolunu, onun dəyər və əhəmiyyətini uşaq və yeniyetmələrə aşılmaq və müxtəlif xalqların mədəniyyətlərini nümayiş etdirmək, həmçinin uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, mütaliəyə həvəsləndirməklə nağılları yaşatmaqdır.
 
 
 Uşaq yazıçıları və digər qonaqların iştirak etdikləri tədbirdə bildirilib ki, milli-mədəni müxtəliflik mədəni zənginlik deməkdir. F.Köçərli adına Respublika Uşaq Kitabxanası milli-mədəni müxtəlifliyin qorunub saxlanmasında, inkişafında maraqlıdır və buna dəstək verir.
 
 
 Tədbirdə uşaqların iştirakı ilə musiqili nağıl tamaşa və Gənc Tamaşaçılar Teatrının foyesində dünya xalqlarının nağıllarını əks etdirən maraqlı uşaq kitab sərgisi nümayiş olunub.

 









Redaktorun seçimi