Eliyahunun konsertinə bilet qazanan 10 sərnişin məlumdur

Hit: 400
Eliyahunun konsertinə bilet qazanan 10 sərnişin məlumdur

Digər müsabiqə iştirakçılarına 50 faiz güzəşt edilib

“Bakı Metropoliteni” QSC “United Cultures” ilə sosialyönümlü əməkdaşlığı çərçivəsində və “124 Studios”un təşkilati dəstəyi ilə sərnişinlərinə dünya şöhrətli bəstəkar və kamança ifaçısı, Azərbaycan musiqisinin təbliğatçısı Mark Eliyahunun mayın 25-də Heydər Əliyev Sarayında keçiriləcək konsertinə pulsuz bilet qazanmaq fürsəti yaradıb. Metroda gediş haqqının ödənilməsinin yeganə vasitəsi olan “BakıKart” sahibləri metropolitenin rəsmi saytında göstərilmiş veb keçidə daxil olaraq, qeydiyyatdan keçməklə pulsuz biletlər əldə ediblər.
Artıq seçim də aparılıb. Qeydiyyatdan keçən 400 nəfərdən 10-u konsertə pulsuz bilet qazanıb. 
Təşkilatçıların verdiyi daha bir qərara əsasən, aksiyada iştirak etmiş və bilet əldə etməyən digər iştirakçılar ifaçının konsertinə satılan biletləri 50 faiz endirimlə əldə edə bilərlər.
“United Cultures” tərəfindən tam qərəzsiz şəkildə aparılan avtomatik seçimin qalibi adını Nurlan Məmmədov, Sevda Zeynalova, Telman Kazımov, Nurlan Quliyev, Rafiq Məmmədli, Paşa Məmmədov, Əli Alışov, Kamran Ağayev, Vüsalə Usubova, Yusif Əliyev qazanıblar.
10 şanslı iştirakçının seçilməsi prosedurunu aşağıdakı veb keçidə daxil olaraq izləyə bilərsiniz:
https://www.facebook.com/124studiosBaku/videos/447502295821693/
Mark Eliyahunun İstanbuldakı konserti ilə bağlı müsabiqə ifaçının mayın 25-dən sonra keçiriləcək. Qeyd edək ki, təşkilatçılar ifaçının Bakı konsertinə “iTickets” vasitəsilə bilet sifariş etmiş tamaşaçılar arasında iyunun 25-də keçiriləcək konsertə 2 nəfərlik bilet, 4 ulduzlu oteldə 2 günlük nömrə və təyyarə biletləri əldə etmək şansı veriblər.









Redaktorun seçimi